Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı təşkil olunub.
QOL.az-ın məlumatına görə, mütəxəssis konfransda Azərbaycan millisinin Haiti və Belarusla yoldaşlıq görüşləri üçün heyətini açıqlayıb.
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
F.Santuş yığmaya ilk dəfə 1-ci liqadan futbolçu dəvət edib. Baş məşqçi "Qəbələ"nin üzvü Şahin Şahniyarovu seçməsinin səbəbini belə izah edib: "Onda çoxlu keyfiyyətlər gördüm. Mən və mənim koməkçilərim tez-tez aşağı liqalardakı oyunları izləyirik. Orada bir çox oyunçular diqqətimizi cəlb edir. U-17 Liqasını və əvəzedicilər Liqasını da izləmişəm. Bu, Azərbaycan millisidir. Birdən-birə aşağı liqadan çox futbolçu cəlb edə bilmərik. Təcrübəli futbolçular da gənclərə kömək etməlidirlər. Yaşından asılı olmayaraq, milli komandanın qapıları hər bir azərbaycanlı futbolçunun üzünə açıqdır. Özlərini göstərəndə milliyə dəvət alacaqlar".
O, yoldaşlıq görüşləri üçün niyə məhz Haiti və Belarusun rəqib kimi seçildiyinə dair suala belə cavab verib: "Bu, normal bir şeydir. Bəzi təkliflər gəlir. Bəzi komandalarla razılıq əldə olunur, bəziləri ilə yox. Mən AFFA rəhbərliynə təklif etdim ki, Bakıda iki yoldaşlıq oyunu keçirək. AFFA da buna uyğun danışıqlar apardı. Bir şeyi də unutmayaq ki, hazırkı toplanış rəsmi oyunların vaxtları ilə üst-üstə düşür. Bir çox komandalar oyun keçirəcəklər. Rəsmi matçları olmayan çox az komanda var ".
F.Santuş "Neftçi"nin futbolçusu Emin Mahmudovun və "Qarabağ"ın oyunçusu Abbas Hüseynovun zədəli olduqları üçün yığmaya çağırılmadıqlarını deyib: "Yalnız Emin Mahmudovu yox, Abbas Hüseynovu da vurğulaya bilərəm. Onları dəvət etmək istəyirdim, lakin zədə səbəbindən həkimlər icazə vermədiyi üçün alınmadı. Bəzi futbolçular isə formada olmadıqları üçün çağırılmayıblar".
Mütəxəssis Misli Premyer Liqasında legioner limitinin ləğv olunmasına da münasibət bildirib: "Gözləmək lazımdır ki, bunun nə qədər faydalı olacağını görə bilək. Təkcə legioner limiti ləğv olunmayıb. Komanda sayı da artırılıb. Nəticəni qarşıdakı aylarda görəcəyik".
F.Santuş futblçuların oyun günlərində oruc tutmaqlarına icazə verib-verməyəcəyi haqda sualı da cavablandırıb: "Əlbəttə. Mən buna hörmətlə yanaşıram. Məşq saatlarını da mövcud vəziyyətə görə seçəcəyik. Öz qanunlarımdan biri də odur ki, insanların inanclarına hörmətlə yanaşım".
Baş məşqçi Haiti millisinin üstün keyfiyətlərinin olduğunu da vurğulayıb: "Haiti millisi FİFA reytinqində bizdən 30 pillə irəlidədir. Çox yaxşı, keyfiyyətli komandadır, zəif rəqib deyil. Qələbə qazanmaq üçün rəqib seçsəydik, daha zəif kollektivlə üz-üzə gələrdik. Azarkeşlərimizə qalibiyyət bəxş etmək istəyirik. Amma indi rəqib seçəndə bunu düşünmürük. Biz indi gələcəyin milli komandasını formalaşdırırıq".
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı
"Şamaxı"dan ayrılan futbolçu "Sabah"da
Türkiyə pley-off şansını belə itirdi - Video
Montelladan məğlubiyyət şərhi
Braziliyanın Haitiyə vurduğu 3 qol - Video
Canlı yayımda ağladı, təsirli çıxış etdi - Video
Çalhanoğlu üzr istədi
Türkiyəyə qol vurdu, ən yaxşı seçildi
Türkiyə istədi, bayraq yerə qoyulmadı
Seneqal millisində böhran
ABŞ millisindən son 96 ilin ən yaxşı nəticəsi