Millimiz Avropa Çempionatında bürünc medal qazandı

Millimiz  Avropa Çempionatında bürünc medal qazandı
XƏBƏR 13 Mart 2025 / 00:45 636
-  A +

Xorvatiyanın Osijek şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa Çempionatında Azərbaycan millisi növbəti uğura imza atıb.

QOL.az xəbər verir ki, pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma üzrə kişilərin Trio komanda yarışında Ruslan Lunev, Elvin Astanov və Vladislav Kalmıkovdan ibarət yığmamız bürünc medal qazanıb.

Üçüncü yer uğrunda keçirilən həlledici qarşılaşmada millimiz Almaniya təmsilçilərinə 16:14 hesabı ilə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Çempionatın qalibi Türkiyə yığması, gümüş medalçısı isə Çexiya komandası olub.


Son xəbərlər
12.03.25  19:39

Nani Bakıdadır