Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov bu gün Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi barədə danışıb.
QOL.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında əvvəlcə millimizin qrupdakı rəqiblərini dəyərləndirib:
"Əsas məqam odur ki, dünya çempionatında 32 komanda iştirak edəcək. Bu, Azərbaycan futbol ailəsi və idman həyatı üçün önəmli tədbir olacaq. İnanırıq ki, millimiz, futbolçularımız layiqli çıxış edəcəklər və ən yüksək yerlərdən birini tutacaq. Püşkatmada bizə düşən komandalar arasında güclülər də var. Hesab edirəm ki, normal bir qrupa düşmüşük. Hesab edirəm ki, ev sahibi komandası kimi azarkeşlərimizin qarşısında ən yüksək nəticə əldə etməliyik. Ona görə də millimizə inanırıq. Bizə və hər bir komandaya uğurlar arzu edirəm. Ən əsası, biz öz qonaqpərvərliyimizi göstərəcəyik. Buna əminəm".
O. Məmmədov yığma komandamız üçün planlaşdırılan baza haqda da söz açıb: "Minifutbol üzrə millimizin məşq etməsi üçün hazırda bir çox yerdə şərait var. Bazaya qaldıqda, layihə üzərində işlər gedir və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsdiqindən sonra işlər başlanacaq".
O, ölkə turnirində son illər rəqabətin artdığlnı bildirib: "Rəqabət güclüdür. Son illərdə "Birbaşa Bakı" və "Aznur" komandaları yüksək yerlər uğrunda mübarizə aparırlar. Bizim üçün də xoş bir haldır ki, belə rəqabət var. İstəyirik ki, daha çox komandalar rəqabətdə iştirak etsinlər. Federasiya kimi bizim də vəzifəmiz onlara dəstək olmaq və onları peşəkar hala gətirərək çempionatın iştirakçısı etməkdir".
Qeyd edək ki, dünya çempionatı mayın 21-dən iyunun 1-dək Bakıda keçiriləcək. Bu, minifutbol üzrə sayca beşinci dünya çempionatı olacaq.
Xatırladaq ki, Azərbaycan yığması A qrupunda yer alıb. Millimizin qrupdakı rəqibləri Mavritaniya, Sloveniya və Bəhreyn olub.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi