“Zirə” 90+6-cı dəqiqə qolu ilə qələbə qazandı

“Zirə” 90+6-cı dəqiqə qolu ilə qələbə qazandı
PREMYER LİQA 9 Mart 2025 / 19:23 7648
-  A +

Misli Premyer Liqasında 26-cı tur davam edir.

QOL.az xəbər verir ki, bu gün 2 oyun keçiriləcək. 

Əvvəlcə "Sabah" "Şamaxı"nın qonağı olub. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib. 

Günün digər görüşündə isə "Zirə" "Səbail"lə qarşılaşıb. Oyunda "qartallar" 1:0 hesablı qələbə əldə ediblər. 

Beləliklə, "Zirə" turnir cədvəlində 2-ci pillədə mövqeyini möhkəmləndirib. Bakı təmsilçisi 3-cü yerdə qərarlaşan "Araz-Naxçıvan"la xal fərqini 5-ə çatdırıb. "Səbail" isə 18 xalla sonuncu - 10-cu yerdədir. 

Misli Premyer Liqası, 26-cı tur

9 mart

17:30. “Zirə” – “Səbail” - 1:0 

Qol: Ruan Renato, 90+6

Qırmızı vərəqə: Suleyman Alluş, 73 ("Səbail")

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamranbəy Rəhimov

VAR: Rəşad Əhmədov

AVAR: Pərvin Talıbov

Zirə İdman Kompleksinin stadionu

15:00. “Şamaxı” – “Sabah” - 1:0

Qol: Edqar Adilxanov, 30

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.

VAR: Rauf Allahverdiyev.

AVAR: Kamran Bayramov.

Şamaxı şəhər stadionu

10 mart

“Sumqayıt” – “Kəpəz”

“Neftçi” – “Turan Tovuz”

8 mart

“Araz-Naxçıvan” - “Qarabağ” - 1:3 

Bombardirlər:

Leandro Anderade ("Qarabağ") - 11 qol

Felipe Santos ("Araz Naxçıvan") - 9 qol

Cesse Sekidika ("Sabah") - 9 qol

Coy-Lens Mikels ("Sabah") - 8 qol

Davit Volkov ("Zirə") - 8 qol

Salifu Suma ("Zirə") - 8 qol

Pavol Şafranko ("Sabah") - 7 qol


Son xəbərlər