"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/4 finalında "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan danışıb.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Azarkeşlərə təşəkkür edirəm. Bizi yaxşı dəstəklədilər. Həmdə meydançaya baxan insanlar var. Bu oyunda da, "Sumqayıt"la oyunda da çox əziyyət çəkdilər. Məşq meydançalarımızı da təmizləyib, bizə şərait yaradırlar. Başçılarına və işçilərin hamısına təşəkkür edirəm. Allah əziyyətlərini yerdə qoymasın, sağ olsunlar. O qədər belə insanlar var ki, kölgədə qalırlar, amma bizim üstümüzdə əziyyətləri olur. Fürsət düşdükcə də onları qeyd etmək bizim borcumuzdur.
- "Kəpəz"i nədə üstələdiniz?
- Birinci oyundan sonra bu gün komandanı oyuna hazırlamaq önəmli idi. 2:0 hesabı özü də təhlükəli idi. Rahatlığı aradan qaldırmaq lazım idi. Amma uşaqlar ilk dəqiqədən göstərdilər ki, hansı niyyətlə oyuna çıxıblar - mərhələni keçmək niyyəti ilə. Düzdür, futbol haqda danışmaq çox çətindir. Futbolçular topla əziyyət çəkirdilər, məlum məsələdir. Bu cür oyunlarda xarakter önə çıxır, vuruşmalısan. Futbolçular konsentrasiyalı, yüksək səviyyədə oynadılar. Paltardəyişmə otağında onlara təşəkkür edə bilmədim. Tez geyinib, bazaya getməliyik. Reallığı götürsək, birinci oyunda cütün taleyi bəlkə də həll olunmuşdu. Amma bu gün xarakter göstərmək də çox önəmli idi. Onu da bacardılar.
- Təqvimə baxanda görürük ki, martın 22-dən sonra "Neftçi"nin çətin oyunları başlayır...
- "Martın 22-si" mövzusu zarafat idi. Bizim kimi rəqib də kuboka köklənib. Bu, onların baş məşqçisinin verdiyi müsahibədən də görsənir. Çətin olacaq. O vaxt heç martda hansı oyunların olduğunu bilmirdim. Yəni biz hər həftə oynayacağımız matçlara köklənirik. Bu yolun müddəti yoxdur, başlanğıcı var. Əziyyət çəkirsən, bir işlər qurmağa çalışırsan. Nə qədər tez oyunumuzu meydana qoya bilsək və adımızı geri qaytarsaq, bizim üçün xeyirdir. Bu il nə qopara bildiksə, qoparacağıq. Kubok olsun, çempionat olsun. Bacardığımız qədər yaxşı oynayacağıq. Pis oynadığımız oyunlarda da xal toplamağa çalışacağıq. Ən azından çempionatın sonuna kimi. Bir məsələyə də toxunmaq istəyirəm. 1-2 ildir ki, hakimlər haqda danışmaq istəmirdim. Amma son vaxtlar verilən qərarlar, bizim matçlarda baş verən hadisələr "Neftçi"nin baş məşqçisi kimi məni narahat etməyə başlayıb. Bu hardan irəli gəlir? Hakimlər üçün də bu gün çox çətin idi, qaça-qaça meydançanı görmək. Başa düşürəm bunu. Amma elə epizodlar var ki, televiziyada siz də, köhnə hakimlər də dəfələrlə vurğulayıblar. Bizə hakimlər seminar keçir, onlar da deyiblər. Hər epizod kitabdakı kimi olmur. Həmin vəziyyətə görə hər şeyi analiz edib ondan sonra qərarlar verilməlidir. Bugünkü qırmızı vərəqəyə etiraz etdim və edirəm də. Top bizim oyunçudadır. Qarlı havadır. Aqressiya yox, top almaq yox. Pas verir və ayağı dəyir. Rəqibin ayağı ilə sənin ayağının məsafəsi azdır. Şiddət də yoxdur. VAR sistemi var. VAR-a baxa-baxa düşünməyə vaxt da olur. Sarı vərəqə də göstərmisən. Qırmızılıq bir şey yox idi. Bu, mənim düşüncəmdir və mən etiraz edirəm. Bir az diqqətli olmaq lazımdır. Başqa cür anlaşıla bilər. Bəzi epizodları qarşımıza qoyarlar ki, xeyrinizə qərarlar verilib. Amma mən hakimlərin düşdüyü vəziyyətdə kitabla yox, həmin vəziyyətə görə qərar vermələrini istəyirəm. Bu gün də düşünürəm ki, bizə verilən qırmızı vərəqə ağır idi.
- Hakimin VAR-da epizodu dəyərləndirmək üçün vaxtı oldu. Qərəzdir, yoxsa hakim səhvi?
- Qərəz deyil, özünü sığortalamaqdır. Hakim kitabı açacaq və buna oxşar epizodlar orada yazılacaq. Kimin qabağına getsə, kitabını açıb göstərəcək. Necə ki, yol polisi saxlayır və qaydaları göstərir. Amma, məncə, VAR-ı rədd eləmək lazımdır. Bilmirəm, hakim futbol oynayıb, ya oynamayıb. Top ayağımdadır və pas verirəm, şiddət yoxdur. Qərəz də yoxdur, fikrim qol vurmaqdır. Qırmızıdan danışmaq olmaz. VAR çağırsa da, analiz edə bilərsən. Sarı vərəqə ilə söhbət bağlanmalı idi. Dediklərim ağır çıxa bilər. Sadəcə məntiqlə düşünmək lazım idi. Dedim, məntiqlə düşün və buna görə sarı vərəqə mənə verildi. Məntiqlə düşünsəydi, "qırmızı" yox idi. Qərəzdi, ya deyil, kimə görə edilib, bilmirəm. Bu haqda danışmaq istəmirəm. Ümumilikdə VAR sistemindən danışıram, orada bilmirəm, kim oturub.
- Klub kimi apelyasiyaya müraciət edəcəksiniz?
- Qərara baxacağıq. Ümid edirəm ki, bu qərarı çıxaranlar epizoda baxarlar. O qədər olub ki, qərarlar dəyişdirilib. Ya da qərarın üstünə qərar gəlib. Baxıb qarı, düşdüyümüz vəziyyəti görərlər. Düşünürəm, belə də bitər.
- 2020/21 mövsümündə komandada Yusuf Laval, Steven Monroz, Sabir Buqrin kimi oyunçular var idi ki, işlər yaxşı getməyəndə onlar ön plana çıxıb, nələrsə edirdi. Niyə indi komandada bu cür futbolçular yoxdur? Yayda komandanı yığanda bu cür oyunçuları görəcəyik?
- Mənim üçün cavabı çətin olan sualdır. Məndən əvvəl başqa baş məşqçi olub, onun oyun tərzinə uyğun futbolçular da komandaya dəvət edilib. Həmin dövrdə nələr olub, deyə bilmərəm. Bəlkə, sırf oyun tərzinə uyğun seçilib. Demirəm ki, bizdən olan oyunçular pisdir. Bundan sonra yayda nələr olacaq, dəyişikliklər olacaq. Mən və ya digər məşqçi olsa da öz oyun tərzinə uyğun oyunçu gətirir. Elə mövqelər var ki, orada başqa tip oyunçular görməyi xoşlayıram. Bu gün həmin futbolçular yoxdur. Bu da mənim üçün böyük problem deyil. Əlimizdə olan yaxşı oyunçularla, istədiklərimizi etməyə çalışırıq.
"Neftçi"nin hücumçusunun qolu və "qırmızı"sı - Video
“VAR-ı rədd eləmək lazımdır” - Samir Abasov
"Oyun intizamımız yaddan çıxır" - Azər Bağırov
Tsxadadze: "Liderliyə layiq olduğumuzu sübut etməliyik"
"Qəbələ"nin "Karvan"a vurduğu qollar - Video
"Araz-Naxçıvan"ın "Zirə" üzərində qələbəsi - Video
Rəşad Sadıqov məğlubiyyət və hakimlikdən danışdı
"Penalti də oyunun tərkib hissəsidir" - Elmar Baxşıyev
"Neftçi" - "Kəpəz" matçı üçün - Heyətlər
"Qəbələ" "Karvan"a qalib gəldi, tura yekun vuruldu
"Araz-Naxçıvan" da kubokun yarımfinalında
Göygöldə 5 qol
Sabiq "Qarabağ"lı öz qapısına qol vurdu - Video
"Kəpəz" "Neftçi" ilə oyuna itkilərlə çıxacaq
6 qollu oyunda "Turan Tovuz"un əvəzediciləri qalib gəldi
"Zirə" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
“Mançester Yunayted”i tərk etmək istəmir
"Real"da "Barselona"dakından 3 dəfə çox pul qazanardım"
"Klublarla məxfilik barədə razılaşmamız var" - AFFA rəsmisi
Azərbaycanın U-21 millisində yeni baş məşqçi - Ayxan Abbasov
Region Liqasında yeni mövsümün püşkü bu tarixdə atılacaq
Ən vacib xəbərlərin bildirişləri telefonunuza göndəriləcək
"Barselona"nın Azərbaycan planı - Laporta Bakıya gəlir
AFFA Premyer Liqa klublarını cərimələdi
“Həyatda ayaq üstə durmağı ondan öyrənmişəm”
“Real”ın sabiq futbolçusu 48 yaşında vəfat etdi
Leau Kakanın uğurunu təkrarladı
Bölgə klubu stadionun örtüyünü yeniləyir - Video
Kurtua milliyə qayıdır
"Neftçi"nin sabiq baş məşqçisi 22-ci dəfə klubunu dəyişdi
"Fənərbaxça"nın oyununda möhtəşəm qol - Video
"Milan"dan məğlubiyyət
"Qalatasaray" və "Fənərbaxça" 1/4 finalda
"Vest Hem" "Lester"ə qalib gəldi
Joze Mourinyo və Okan Burukun cəzaları açıqlandı
"Sabah"ın "Sumqayıt"a vurduğu 4 qol - Video
"O vaxt üzr istəyərəm ki..." - Vaqif Cavadov
"Əvvəlki oyunlarda vurmadığımız qolları vurduq" - Berezutski
Emreli “Nürnberq”dən gedib-getməyəcəyini açıqladı
"Sabah" darmadağınla yarımfinalda
"Qarabağ" kubokun yarımfinalına belə yüksəldi - Video
"Neftçi" kubok matçına 3 itki ilə çıxacaq
Byorn Kuypers hakimlərimizə seminar keçdi - Şəkillər
"Futbolçularım oyunda ciddi idilər" - Qurban Qurbanov