"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun 1/4 finalında "Araz-Naxçıvan"a 0:2 hesabı ilə uduzduqları matçdan danışıb.
QOL.az xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında deyib:
"Futbolçularıma təşəkkür edirəm. Bu mövsüm keçirdiyimiz ən yaxşı oyunlardan biri oldu. Əllərindən gələni etilər ki, mərhələni keçən tərəf biz olaq. Hər iki matça görə, mən düşünürəm ki, mərhələni keçməyə yaxın olan tərəf biz idik. Amma rəqib qazandığı 3 penaltidən fərqlənib və mərhələni keçən tərəf oldular. Onları təbrik edirəm və növbəti oyunlarda uğurlar arzu edirəm. Bizim bu oyunda çoxlu yaxşı məqamlarımız var idi. Onları düzgün təhlil edib, daha da yaxşı formada olmalıyıq. Çünki rəqiblər də bizi təhlil edir, daha yüksək motivasiya ilə oynayırlar, daha böyük qüvvə ilə müdafiə olunurlar. Bu məqamları təhlil edib növbəti oyunlara daha yaxşı hazırlaşmaq vacibdir. Oyunçularıma bir daha təşəkkürmü bildirirəm. Çox sıx qrafikdə oynayırıq. Demək olar ki, hər bir futbolçumz meydanda əzmkar mübarizə apardı. İkinci hissədə futbolçularım rəqibin üzərində böyük təzyiq yaratdı. Amma yaratdığımız qol fürsətlərindən istifadə edə bilmədik. Alınmadı. Bu gün uğur rəqibin tərəfində idi. Belə olan halda məğlubiyyəti həzm edib növbəti oyunlara hazırlaşmalıyıq".
Mütəxəssis hakimliklə bağlı fikirlərini də bölüşüb: "Birinci epizod penaltidir. Düzdür, baxmamışam. Amma oyunun dinamikasında oxşayırdı. İkinci epizoddan çempionatımızda 50, 100 dənə nümunə gətirərəm ki, bəzən verirlər, bəzən yox. Bir neçə klubumuz blokdan istifadə edir. Tuturlar, yıxırlar, boğurlar.
Bu gün bizim xeyrimizə belə bir epizod olsaydı, əminəm ki, soyuqqanlı şəkildə şərh edəcəkdilər ki, ikisi də bir-birini tuturdu, mübarizə idi. Belə şeylərə öyrəşmişik. Nədənsə hakimlər 50/50 olan epizodlarda çox zaman bizim zərərimizə qərarlar qəbul edir. Digər məqamlardan biri də odur ki, birinci hissədə VAR-a baxıldı, həkimlər meydana girdi, pauzalar oldu, amma cəmi 3 dəqiqə əlavə olundu. İlk yarıda ən azı 8-9 dəqiqə pauza oldu. Hakimliyin üzərində çox dayanmaq istəmirəm. Bu gün futbolçularımın oyunundan həzz alırdım. Baxımlı, sürətli, kombinasiyalı futbol oynayırdılar. Ona görə bu gün mənim yadımda qalan oyunçularımın performansı və əzmkarlıqlarıdır".
R. Sadıqov "Düşünürsünüz ki, kubokda mübarizəni dayandırmaq çempionatda xeyrinizə ola bilər?" sualına belə cavab verib: "Onu düşünmürəm. Sıx qrafik olsa da, oynamağa yetərincə vaxt var. Biz mərhələni keçmək istəyirdik. Olmadı. Xeyirlisi. Köklənəcəyik çempionata. Mənim üçün hər zaman çempionat prioritet olub".
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi