“Neftçi”nin məşqçisini kəllə ilə vuranın cəzası açıqlandı

“Neftçi”nin məşqçisini kəllə ilə vuranın cəzası açıqlandı
ÖLKƏ FUTBOLU 12 Fevral 2025 / 15:40 1651
-  A +

AFFA İntizam Komitəsi U-17 Liqasında keçirilən "Vətən" – “Neftçi” oyununda baş verən qalmaqalla bağlı qərarlar verib.

QOL.az xəbər verir ki, matçın 69-cu dəqiqəsində "Vətən" komandasının nümayəndəsi - “Masallı”da qeydiyyatdan keçmiş komanda rəsmisi Abdulla Xəlilov “Neftçi”nin baş məşqçisi Asif Ramazanovun üzünə başla zərbə endirdiyinə, xəsarət yetirdiyinə görə 6 ay müddətinə AFFA və PFL bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb.

“Neftçi”nin rəsmisi Rəşad Hüseynov həmin dəqiqədə Abdulla Xəlilovu vurduğu üçün 10 oyunluq diskvalifikasiya olunub.

Qarşılaşmada təhlükəsizlik təmin edilmədiyindən, “Vətən” müstəsna hal olaraq 500 manat cərimələnib. Bundan başqa, baş verən insidentlə bağlı hər iki komanda rəhbərliyinə daxili nizam qaydalarına riayət edilməsi ilə bağlı xəbərdarlıq edilib.

Daha çox


Son xəbərlər