“Sumqayıt”ın qapıçısı Mehdi Cənnətovun QOL.az saytına müsahibəsi
- Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Sabah”la qolsuz bərabərə qaldınız. Görüşü necə şərh edərdiniz?
- Kubokun 1/4 finalı 2 matçdan ibarətdir. Səfərdə “Sabah”la qolsuz bərabərə qalmaq pis nəticə deyil. Lakin qarşıda hələ cavab oyunu var. Həmin matça ciddi hazırlaşmaq lazımdır.
- Şansları necə dəyərləndirirsiniz?
- Şanslar 50-nin 50-yədir. Çünki hələ heç nə məlum deyil. Düzdür, ilk oyunu “Sabah” öz meydanında keçirirdi və bu, onlar üçün üstünlük hesab edilirdi. Lakin cavab matçında hər şey ola bilər.
- Demək olar ki, ölkə kuboku “Sumqayıt” üçün avrokuboklara yollanmaq baxımından son şansdır?
- Bəli, hazırkı məqamda bizim üçün avrokuboklara gedən ən yaxın yol kubokdur. Elə etmək lazımdır ki, uğur qazanaq. Ancaq hazırda mövsümün sonunu düşünmürük. İlk hədəf yarımfinala adlamaqdır.
- “Sumqayıt” son 6 rəsmi matçda nə qol vura bilib, nə də qalib gəlib. Bu, nə ilə əlaqədardır?
- Düşünürəm ki, qarşıdakı matçlarda qollarımız gələcək. Məşqlərdə daha çox çalışmaq lazımdır. Tezliklə vəziyyəti dəyişəcəyik.
- Həm də 3 matçdır ki, siz də qapınızı toxunulmaz saxlayırsınız...
- Eyni zamanda qapımızı da toxunulmaz saxlayırıqsa, bu, müsbət haldır. İnanıram ki, qarşıdakı matçlarda qollar da gələcək, qələbələr də.
- “Sabah”la matçın sonlarında rəqib futbolçu Pavol Safranko ilə aranızda mübahisə yarandı. Nə baş vermişdi?
- Anlaşılmazlıq idi. Normal qaydada yoluna qoyduq. Qorxulu heç nə yoxdur.
- Qarşıdan “Şamaxı” ilə çempionat oyunu gəlir. Həmin matçdan gözləntiləriniz nədir?
- İlk növbədə bərpa olmaq lazımdır. Bizdən fərqli olaraq rəqibin daha çox vaxtı var. Bizim isə kubok oyununa görə zamanımız azdır. Lakin hazırlaşacağıq. Məşqçilər heyəti rəqibin oyununu analiz edəcək və bizə lazımi tapşırıqları verəcəklər.
- Siz həm də Azərbaycan millisinin qapıçısısınız. Necə düşünürsünüz, legioner limitinin ləğvi sırf qapı xətti baxımından Azərbaycan milli komandasına hansı problemlər yaradacaq?
- Bu, elə çətin sualdır ki... Çünki rəhbər şəxslər fikirlərini bildiriblər. Mən də bu planda onları dəstəkləyirəm. Azərbaycan gənc qapıçılar var və kifayət qədər güclüdürlər. Mən qərarla bağlı bir söz deyə bilmərəm. Yalnız onu söyləyirəm ki, yaxşı qapıçılar var.
Yamal bu göstərici ilə La Liqanın ən yaxşı oyunçusu oldu
Salah yenidən Səudiyyə Ərəbistanı klublarının hədəfində
"Qarabağ"ı 1/4 finala aparan qələbə - Video
“Arsenal” “Ayntraxt”ın gənc oyunçusuna göz dikdi
“Belə oyunlarda səbirli olmaq vacibdir” - Qurban Qurbanov
“Yuventus”un müdafiəçisi sıradan çıxdı
Azərbaycan kubokunda növbəti 1/4 finalçılar müəyyənləşdi
"Sabah"ın qələbəsindən - Video
Almaniya klubu baş məşqçisi ilə yollarını ayırdı
“Strasburq”un futbolçusu açıqlamasına görə cəzalandırıldı
“Barselona” Raşfordla bağlı hansı qərarı verəcək?
"Qarabağ" - "Karvan-Yevlax": Heyətlər
Dambrauskas: “Bu epizod məni əsəbiləşdirir”
"Şamaxı" 1/4 finala bu qələbə ilə yüksəldi - Video
"Qələbə qazanmaq üçün darıxmışıq" - Ayxan Hüseynov
“İlin yarımmüdafiəçisi” adına namizədlər
Yamal, Levandovski, Mbappe...
"Çelsi"nin keçmiş futbolçusu dünyasını dəyişdi
İlin klubu mükafatına namizədlər hansılardır?
“Benfika” – “Araz-Naxçıvan” oyununun hakimləri
Simeone “Barselona”ya məğlubiyyət haqda
Ronaldo, Benzema...
İlin baş məşqçisi adına finalçılar məlum oldu
Son 68 ildə ilk dəfə
Şamaxıda heyətlər açıqlandı
"İmişli" - "Sabah": Heyətlər
Şevçenkodan "Milan"a məsləhət
"Globe Soccer"in finalçıları açıqlandı
"Real"dan Xabi Alonso qərarı
"Yuventus"u 1/4 finala aparan qələbə - Video
33 illik seriya qırıldı
“Zirə”nin futbolçusu 100-ə çatdı
Haalanddan tarixi nəticə
"Bu, qadın futbolu üçün bayram idi" - Siyasət Əsgərov
"Mançester Siti"nin oyununda 9 qol - Video
Dani Olmo qol vurdu və çiyni çıxdı
"Barselona" "Atletiko"ya qalib gəldi