Bu gecə dünya futbol ictimaiyyətinin diqqəti yenə Madridə yönəlib. Qol.Az-ın məlumatına görə, əzəli rəqiblər olan "Real" və "Barselona" klubları bu dəfə Çempionlar Liqasının ilk yarımfinal görüşündə üz-üzə gəliblər.
Son 2 "El-Klassiko"da "Real"a qalib gələ bilməyən "Barselona" axşamkı görüşdə rəqibindən üstün olduğunu sübut edib. Lionel Messinin vurduğu iki qol "Barsa"ya 2:0 hesablı səfər qələbəsi qazandırıb. Oyunun kulminasiya nöqtəsi 61-ci dəqiqədə "Real"ın futbolçusu Pepenin kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırılması olub. Məhz "kral klubu" azlıqda qaldıqdan sonra kataloniyalılar say üstünlüyündən yararlanıblar. Düzdür, "Barselona"nın ehtiyat qapıçısı Xose Manuel Pinto da qovulub. Lakin Pinto ehtiyat oyunçular skamyasından kənarlaşdırıldığından, bu, meydançadakı saya təsir etməyib. Baş hakim Volfqanq Ştark Pepenin qovulmasına etiraz edən "Real"ın baş məşqçisi Joze Mourinyonu da tribunaya göndərib.
Beləliklə, sonuncu dəfə 2002-ci ildə ÇL-in qalibi olan "Real" Joze Mourinyonun rəhbərliyi altında yenidən turnirin ən güclüsü olmaq istəyini çox güman ki, reallaşdıra bilməyəcək. Çünki "Barselona"nın mayın 3-də öz meydançasında keçirəcəyi cavab görüşündə 2 top üstünlüyünü əldən verəcəyi inandırıcı görünmür.
Qeyd edək ki, digər yarımfinal matçı da eyni hesabla başa çatıb. İngiltərənin "Mançester Yunayted" klubu səfərdə Almaniyanın "Şalke 04" komandasını məğlub edib. Təkrar oyun mayın 4-də "Old Trafford"da keçiriləcək.
27 aprel
ÇL-in ilk yarımfinal görüşü
23:45. "Real" - "Barselona" - 0:2
Qol: Lionel Messi, 76 (0:1), Lionel Messi, 87 (0:2)
Qırmızı vərəqələr: Pepe, 61 ("Real"); Xose Manuel Pinto, 45 ("Barselona")
"Real": 1. İker Kasilyas, 17. Alvaro Arbeloa, 4. Serxio Ramos, 18. Raul Albiol, 12. Marselo, 10. Lassana Diarra, 14. Xabi Alonso, 3. Pepe, 23. Məsut Özil, 7. Kriştianu Ronaldu, 22. Anxel Di Maria
"Barselona": 1. Viktor Valdes, 2. Daniel Alveş, 14. Xavyer Maskerano, 3. Xerard Pike, 5. Karles Puyol, 6. Xavi Ernandes, 16. Serxio Buskets, 15. Seydu Keyta, 17. Pedro Rodriges, 10. Lionel Messi, 7. David Vilya.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər