Bu gün Misli Premyer Liqasında 3-cü turdan təxirə salınmış “Şamaxı” - “Qarabağ” oyunu keçirilib.
QOL.az xəbər verir ki, Şamaxı şəhər stadionunda təşkil olunan görüşdə qonaqlar son dəqiqə qolu ilə 1:0 hesablı qələbə qazanıb.
"Qarabağ" bu qələbə ilə ən yaxın izləyicisi "Araz Naxçıvan"la aralarındakı xal fərqini 5-ə qaldırıb. Bununla da komanda 2024-cü ilin son turunda onların öz arasında keçirəcəyi matçın nəticəsindən asılı olmayaraq, qış çempionluğunu təmin edib.
Bu komandalar arasında 11-ci turun oyununda Ağdam təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.
19 dekabr (cümə axşamı)
14:00. “Şamaxı” – “Qarabağ” - 0:1
Qol: Musa Qurbanlı, 90+4
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Rauf Allahverdiyev
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Şamaxı şəhər stadionu
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 17 | 14 | 2 | 1 | 45-7 | 44 |
| 2 | Araz-Naxçıvan | 17 | 12 | 3 | 2 | 21-11 | 39 |
| 3 | Turan Tovuz | 17 | 8 | 7 | 2 | 23-14 | 31 |
| 4 | Zirə | 17 | 8 | 3 | 6 | 27-16 | 27 |
| 5 | Sabah | 17 | 6 | 8 | 3 | 26-21 | 26 |
| 6 | Sumqayıt | 17 | 6 | 1 | 10 | 15-26 | 19 |
| 7 | Neftçi | 17 | 3 | 7 | 7 | 15-26 | 16 |
| 8 | Şamaxı | 17 | 3 | 5 | 9 | 13-22 | 14 |
| 9 | Kəpəz | 17 | 3 | 1 | 13 | 12-41 | 10 |
| 10 | Səbail | 17 | 2 | 3 | 12 | 16-29 | 9 |
Bombardirlər:
Felipe Santos ("Araz-Naxçıvan") - 8 qol
Coy Lens Mikels ("Sabah") - 8 qol
Davit Volkov ("Zirə") - 7 qol
Oskar karyerasını başa vurur
Azərbaycan millisinin 4 boksçusu 1/4 finalda
Fransa klubunun yeni baş məşqçisi məlum oldu
Nərimanın atası danışdı
Alkantara İspaniya klubunun təklifini rədd etdi
La Liqanın ən bahalı futbolçuları
Elvin gündəm olan o uşağı ziyarət etdi - Video
"Brentford"un hücumçusu Premyer Liqada hamını qabaqladı
"İnter"in futbolçusu 1 ay oynamayacaq
Premyer Liqada ayın ən yaxşı məşqçisi açıqlandı
AFFA rəhbərliyi Ulu Öndərin xatirəsini yad edib - Şəkillər
"Liverpul"da Salah gərginliyi - Qərar sabah verilə bilər
"Real"dan Vinisiusa ultimatum
Qurban Qurbanov 2025-ci ilin ən yaxşı məşqçisi seçildi
"Fənərbaxça"nın qapıçısı ölkəsinə qayıdır
Bu həftə qələbə qazanmasa, istefaya göndəriləcək