Bu gün Misli Premyer Liqasında 17-ci tura yekun vurulub.
QOL.az xəbər verir ki, son oyun günündə bir görüş keçirilib. "Qarabağ" öz meydanında "Sumqayıt"ı qəbul edib və 5 cavabsız qolla qalib gəlib.
Ağdam təmsilçisi bu qələbə ilə xallarını 41-ə çatdıraraq liderliyini yenidən bərpa edib. Qurban Qurbanovun komandasının ehtiyatında daha bir oyunu var.
Bu komandaların 1-ci dövrədəki oyunda "Qarabağ" 1:0 hesablı qələbə qazanıb.
Əlavə edək ki, bu, "Qarabağ"ın sabiq futbolçusu Vaqif Cavadovun "Sumqayıt"ın baş məşqçisi qismində Ağdam klubuna və onun çalışdıcırısı Qurban Qurbanova qarşı ilk oyunu olub.
16 dekabr (bazar ertəsi)
19:00. “Qarabağ”– “Sumqayıt” - 5:0
Qollar: Musa Qurbanlı, 7, 33, Nəriman Axundzadə, 45+1, Redon Cica, 75, Toral Bayramov, 90+1
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Asiman Əzizli, Əkbər Əhmədov
VAR: Kamal Umudlu
AVAR: Cəmil Quliyev
Tofiq Bəhramov adına Respublika Stadionu
14 dekabr (şənbə)
“Şamaxı” - “Səbail” - 0:0
“Araz-Naxçıvan” - “Sabah” - 0:1
15 dekabr (bazar)
"Zirə” – “Turan Tovuz” - 0:0
“Neftçi” –“ Kəpəz” - 2:1
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 16 | 13 | 2 | 1 | 44-7 | 41 |
| 2 | Araz-Naxçıvan | 17 | 12 | 3 | 2 | 21-11 | 39 |
| 3 | Turan Tovuz | 17 | 8 | 7 | 2 | 23-14 | 31 |
| 4 | Zirə | 17 | 8 | 3 | 6 | 27-16 | 27 |
| 5 | Sabah | 17 | 6 | 8 | 3 | 26-21 | 26 |
| 6 | Sumqayıt | 17 | 6 | 1 | 10 | 15-26 | 19 |
| 7 | Neftçi | 17 | 3 | 7 | 7 | 15-26 | 16 |
| 8 | Şamaxı | 16 | 3 | 5 | 8 | 13-21 | 14 |
| 9 | Kəpəz | 17 | 3 | 1 | 13 | 12-41 | 10 |
| 10 | Səbail | 17 | 2 | 3 | 12 | 16-29 | 9 |
Bombardirlər:
Felipe Santos ("Araz-Naxçıvan") - 8 qol
Coy Lens Mikels ("Sabah") - 8 qol
Davit Volkov ("Zirə") - 7 qol
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər