Ağdamın "Qarabağ" futbol klubunun ev oyunlarının yenidən Bakıda keçirilməyə başlaması təkcə ağdamlıların deyil, bütün qarabağlıların böyük etirazına səbəb olmuşdu. Çünki qarabağlılar bu komandanı təkcə ağdamlıların deyil, bütün qarabağlıların komandası sayırlar. Eləcə də digər bölgələrimiz bu komandanı sevirlər, bu komandaya azarkeşlik edirlər, elə qarabağlılar kimi, özlərinki sayırlar.
Bu etirazlarla əlaqədar, bu haqsızlığın aradan qaldırılması ilə bağlı dəfələrlə "Azərbaycan" qəzetində, "525-ci qəzet"də , "Şərq" qəzetində, "Bakı xəbər"də, "Qol.az" saytında, digər mətbuat orqanlarında materiallar dərc olunub, münasibətlər aydınlaşdırılıb. "Qarabağ"ın öz doğma stadionunda oynamamasının səbəbləri araşdırılıb. Və heç bir əsaslı səbəb tapılmayıb, bəzi komandaların ərköyünlüyündən başqa.
Eləcə də mən bu mövzuyla bağlı mətbuatda, efirdə dəfələrlə çıxış eləmişəm. Və son yazılarımın biri də belə adlanırdı: "Yetimin çuxasın götürüb qaçdılar, amma sevindirmək üçün sonra qaytarıb vermədilər".
Bakıda keçirilən oyunlara, hətta şərhçilərimizin yekə-yekə "derbi" adlandırdıqları oyunlara 500-600, uzağı 1000 tamaşaçı gəlir. Amma bölgələrdə keçirilən oyunlara hətta ən zəif oyunlara belə, stadionlarda ayaq üstə durmağa yer olmur.
Möhtərəm prezidentimiz cənab İlham Əliyev Ağdamın dövlət strukturları yerləşən Quzanlı qəsəbəsində möhtəşəm bir Olimpiya kompleksi tikdirib. Bu kompleksin futbol stadionu isə 2500 tamaşaçı tutur. Və hər oyunda da stadionda ayaq basmağa yer tapılmır. Nə isə, qara yellər əsdi, ağ yellər qaçdı gizləndi, dünya kəllə-mayallaq oldu... "Qarabağ" yenidən ev oyunlarını Bakıda keçirməyə başladı. Bu da yuxarıda qeyd etdiyim kimi, təbii olaraq çox böyük etiraza səbəb oldu. Kimisi stadionu bəyənmədi (guya o biri stadionlarımız Uemblidi), kimi dedi uzaqdı (üç günlük təlim-məşq toplantısı üçün az qala Kanar adalarına gedirlər), kimi nə bilim nə dedi.
Hətta AFFA ilə PFL də nə qədər canfəşanlıq göstərirdisə, bir nəticə hasil olmurdu. Nə isə, uzun mübarizədən sonra...
Bu günlərdə AFFA-nın prezidenti, millət vəkili Rövnəq Abdullayev Ağdamda olub, stadionun vəziyyəti ilə maraqlanıb (onu da xüsusilə qeyd edək ki, "Azərsun"un rəhbərliyi stadionu yenidən yüksək səviyyədə təmir eləyib, təbii ki, yerli icra hakimiyyətinin də zəhmətini qiymətləndirmək lazımdı), Ağdam ictimaiyyəti ilə görüşüb, eləcə də Ağdamın idman ictimaiyyəti ilə görüşüb və bildirib ki, Qarabağ camaatının arzusu nəzərə alınıb və may ayının 1-dən "Qarabağ" ev oyunlarını öz doğma stadionunda öz doğma azarkeşlərinin alqışları altında keçirəcək.
Bundan başqa, Rövnəq müəllim Ağdamda futbol məktəbinin yaradılması ilə bağlı sərəncam verib və "Neftçi"nin keçmiş məşhur futbolçularından biri, uzun müddət "Qarabağ" komandasının baş məşqçisi işləmiş Elbrus Abbasovu da futbol məktəbinə direktor təyin edib.
Mən Qarabağ camaatının, xüsusilə də ağdamlıların "Azərsun"un prezidenti Əbdülbari Gözəl bəyə, AFFA-nın prezidenti Rövnəq Abdullayevə və PFL-in prezidenti Ramil Musayevə minnətdarlıqlarını çatdırıram.
Və xüsusilə də Ağdamın sosial iqtisadi inkişafı, rayonda idmanın inkişafı, təhsil və səhiyyənin inkişafı üçün xüsusi diqqət göstərdiyinə görə möhtərəm prezidentimiz cənab İlham Əliyevə Ağdam camaatının sevgi və sayğılarını çatdırıram.
Aqil ABBAS
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı
Azərbaycan millisi Gürcüstana da məğlub oldu
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
AFFA -da Premyer Liqa klubları üçün seminar
“Liverpul” köklü islahata hazırlaşır
Mundiallar tarixində ilk - İnfantino açıqladı
Rusiyanın rəqibləri arasında Azərbaycan millisi də var
"Qarabağ" azarkeşlərə müraciət etdi
"Barselona" qərar verib, Flik "gözlə" deyir
"Braqa"dan əla geridönüş - Video
Arda Turandan möhtəşəm uğurdan sonra açıqlama
Konfrans Liqasının bütün yarımfinalçıları
Avroliqa: Yarımfinala hansı klublar adladı?
Turun mərkəzi oyunundan - Video
Konfrans Liqasının ilk yarımfinalçısı müəyyənləşdi
"Çelsi" Kaysedonun müqaviləsini yeniləyir
“Mingəçevir”in qələbəsindən - Video
"Barselona" yenidən UEFA-ya şikayət etdi
"Marsel"ə baha başa gəldi