Superliqanın növbəti turuna bu gün keçirilmiş "Konyaspor" - "Beşiktaş" matçı ilə yekun vurulub. Qol.Az-ın məlumatına görə, autsayderlə qarşılaşmada qonaqlar çətinliklə heç-heçə əldə ediblər.
Meydan sahiblərinin ilk yarıda vurduğu qola "qara qartallar" oyunun sonlarında Rikardu Kuarejmanın penalti qolu ilə cavab veriblər. Tayfur Havutçunun komandası görüşü 10 futbolçu ilə başa vurub. Sona 10 dəqiqə qalmış Necip Uysal ikinci sarı vərəqə ilə meydançadan qovulub. Bu heç-heçə hər iki komandanın turnir cədvəlində irəliləməsinə səbəb olub. Belə ki, "Beşiktaş" 5-ci, "Konyaspor" 17-ci pilləyə qalxıb.
3-cü oyun günündə daha 4 görüş keçirilib. "Fənərbaxça" klubu "Bucaspor" üzərində səfər qələbəsi sayəsində liderliyə yüksəlib. Aykut Kocamanın komandasının "Trabzonspor"la xalları eyni olsa da, əlavə göstəricilərdə daha üstün olduğu üçün birinci pilləni ələ keçirib. "Sarı-lacivərdlilər"in 5 qolundan 2-sini Aleks de Souza vurub. Bununla da "sambaçı" hesabındakı qolların sayını 21-ə çatdıraraq, bombardirlər siyahısında əlçatmaz olub. Uzun fasilədən sonra ispaniyalı hücumçu Daniel Güiza da qol vurub. Güiza vurduğu qoldan sonra göz yaşlarına hakim ola bilməyib.
İkinci oyun günündə daha 3 oyun baş tutub. Ötən tur səfərdə "Manisaspor"u məğlub etmiş "Qalatasaray"ın qələbə sevinci cəmi bir tur çəkib. "Sarı-qırmızılar" "Türk Telekom Arena"da "Kayserispor"u məğlub edə bilməyiblər. Gökhan Zanın erkən qolu ilə önə çıxan "Cim-Bom" üstünlüyünü qoruya bilməyib. 1:1 hesablı heç-heçəyə nail olan "Kayserispor" 6 matçdan sonra xal qazanıb. Son çempion "Bursaspor" isə 6 turluq qələbə həsrətinə "Manisaspor"la matçda son qoyub. Əvəzində "Sivasspor" 5 oyundan sonra uduzub.
Tura aprelin 22-də keçirilmiş bir oyunla start verilib. Lider "Trabzonspor" Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun keçmiş klubu "Eskişehirspor"a qonaq olub. Oyun qolsuz bərabərliklə yekunlaşıb.
Türkiyə Superliqası, 30-cu tur
22 aprel
22:00. "Eskişehirspor" - "Trabzonspor" - 0:0
23 aprel
17:00. "Karabükspor" - "Sivasspor" - 2:1
Qollar: Emmanuel Emenike, 34. Birol Hikmət, 60 - Mixael Eneramo, 64
19:00. "Bursaspor" - "Manisaspor" - 2:1
Qollar: Sərcan Yıldırım, 3. Ömər Ərdoğan, 9 - Mehmet Güvən, 21
Qırmızı vərəqə: Yigit İncədəmir, 72 ("Manisaspor")
22:00. "Qalatasaray" - "Kayserispor" - 1:1
Qollar: Gökhan Zan, 2 - Abdullah Durak, 20
24 aprel
16:00. "Gənclərbirliyi" - "Kasımpaşa" - 1:1
Qollar: Oktay Dəlibalta, 74 - Halil Çolak, 24
Qırmızı vərəqə: Razundara Tijikuzu, 77 ("Kasımpaşa")
18:00. "Qaziantepspor" - "Antalyaspor" - 2:1
Qollar: Cenk Tosun, 60; 76 - Kənan Özər, 47
19:00. "İstanbul BB" - "Ankaragücü" - 1:4
Qollar: Mətin Dəpə, 50 - Ümit Kurt, 3. Doğan Şahin, 14. Fatih Təkkə, 51. Draqo Qabriç, 69
21:00. "Bucaspor" - "Fənərbaxça" - 3:5
Qollar: Musa Aydın, 15. Abdulkadir Özgen, 38; 53 - Əmrə Belözoğlu, 17. Aleks de Souza, 59-pen.; 62. Daniel Güiza, 74. Andre Santos, 90+2
25 aprel
22:00. "Konyaspor" - "Beşiktaş" - 1:1
Qollar: Martsin Robak, 31 - Rikardu Kuarejma, 76-pen.
Qırmızı vərəqə: Necip Uysal, 80 ("Beşiktaş")
|
Komandalar |
O |
Q |
H |
M |
T |
X |
1. |
Fənərbaxça |
30 |
22 |
4 |
4 |
71-31 |
70 |
2. |
Trabzonspor |
30 |
21 |
7 |
2 |
57-21 |
70 |
3. |
Bursaspor |
30 |
15 |
10 |
5 |
46-25 |
55 |
4. |
Qaziantepspor |
30 |
15 |
7 |
8 |
41-29 |
52 |
5. |
Beşiktaş |
30 |
12 |
8 |
10 |
45-35 |
44 |
6. |
Eskişehirspor |
30 |
11 |
11 |
8 |
34-32 |
44 |
7. |
Kayserispor |
30 |
12 |
8 |
10 |
39-38 |
44 |
8. |
İstanbul BB |
30 |
12 |
4 |
14 |
38-39 |
40 |
9. |
Karabükspor |
30 |
11 |
7 |
12 |
44-47 |
40 |
10. |
Ankaragücü |
30 |
10 |
9 |
11 |
49-52 |
39 |
11. |
Antalyaspor |
30 |
9 |
10 |
11 |
33-40 |
37 |
12. |
Qalatasaray |
30 |
11 |
4 |
15 |
33-41 |
37 |
13. |
Manisaspor |
30 |
11 |
3 |
16 |
42-48 |
36 |
14. |
Gənclərbirliyi |
30 |
9 |
9 |
12 |
38-45 |
36 |
15. |
Sivasspor |
30 |
8 |
8 |
14 |
37-50 |
32 |
16. |
Bucaspor |
30 |
6 |
6 |
18 |
28-53 |
24 |
17. |
Konyaspor |
30 |
4 |
10 |
16 |
24-42 |
22 |
18. |
Kasımpaşa |
30 |
5 |
7 |
18 |
28-59 |
22 |
Bombardir: Aleks de Souza ("Fənərbaxça") - 21 qol.