"Beşiktaş"da Almeyda şoku!

"Beşiktaş"da Almeyda şoku!
DÜNYA FUTBOLU 21 Aprel 2011 / 23:49 2888
-  A +

Türkiyənin "Beşiktaş" klubu portuqaliyalı hücumçu Uqo Almeydanın xidmətlərindən məhrum olub. Qol.Az-ın məlumatına görə, 27 yaşlı futbolçu aprelin 20-də "Qaziantepspor"la keçirilən Türkiyə Kubokunun yarımfinal mərhələsinin cavab görüşündə xəsarət alıb.

Tibbi müayinə nəticəsində Almeydanın qasıq nahiyəsində yırtıq aşkarlanıb. Onun ən azı 3 həftə müddətinə yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.

Hazırda "Beşiktaş"ın həkimləri Almeydanı mayın 11-də keçiriləcək final matçına hazırlamaq üçün səfərbər olunublar.

Son xəbərlər