Ramiz Məmmədov: "Siz melodram gördünüz"

Ramiz Məmmədov: "Siz melodram gördünüz"
ÖLKƏ FUTBOLU 21 Aprel 2011 / 00:01 2411
-  A +

Qazaxıstanın "Atırau" klubunun baş məşqçisi Ramiz Məmmədov ölkə kubokunun 1/8 finalında "Tobol"a əlavə vaxtda 2:3 hesablı məğlubiyyəti şərh edib. Qol.Az-ın məlumatına görə, oyundan sonra keçirilmiş mətbuat konfransında azərbaycanlı mütəxəssis komandasının qələbəyə daha layiq olduğunu bildirib.

Məmmədov deyib: "Siz melodram gördünüz. Açığı, qələbəyə biz daha layiq idik. Təəssüf ki, son 3 dəqiqədə uşaqlar konsentrasiyanı itirdilər. Amma obyektiv olsaq, biz 117 dəqiqəni hücumda keçirdik. Amma bu, futboldur. Futbolda belə hallar da olur. Görünür, buraxdığımız üçüncü qol ikincinin davamı idi. Müdafiəçilər bağışlanmaz səhv buraxdılar". 

Gənc mütəxəssis artıq bu oyunun tarixdə qaldığını və artıq aprelin 24-də elə "Tobol"la keçirəcəkləri Qazaxıstan çempionatı matçını düşündüklərini bildirib.

Qeyd edək ki, "Tobol"la qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Bu səbəbdən, hər biri 15 dəqiqədən ibarət iki hissəlik əlavə vaxt oynanılıb. 104-cü dəqiqədə "Atırau" hesabda önə keçib. Lakin 116-cı və 117-ci dəqiqələrdə qapısından iki top buraxan Ramiz Məmmədovun komandası 2:3 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Daha çox


Son xəbərlər