"Ayaks" Azərbaycana yola düşdü - Video+Şəkillər

"Ayaks" Azərbaycana yola düşdü - Video+Şəkillər
XƏBƏR 22 Oktyabr 2024 / 15:24 504
-  A +

"Ayaks" Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda "Qarabağ"a qarşı keçirəcəyi matç üçün Azərbaycana gəlir.

QOL.az xəbər verir ki, Niderland təmsilçisini daşıyan təyyarə Bakıya doğru yola düşüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sabah "Ayaks"ın baş məşqçisi Françesco Fariolinin Tofiq Bəhramov adına Respublika stadionunda mətbuat konfransı təşkil olunacaq. Konfrans saat 18:00-da start götürəcək. Komandanın “Neftçi Arena”da keçiriləcək ilk 15 dəqiqəsi açıq olacaq məşqi 12:45-də başlayacaq.

Qeyd edək ki, oktyabrın 24-də keçiriləcək “Qarabağ” -  “Ayaks” oyunu saat 20:45-də start götürəcək.




















Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
21.10.24  09:57

"Turan Tovuz"dan rekord