“Düzdür, qalib gəldik, lakin bir qədər qarışıq oyun alındı”.
QOL.az saytına açıqlamasında bu sözləri “Turan Tovuz”un yarımmüdafiəçisi Ayxan Quseynov deyib.
Misli Premyer Liqasının 10-cu turunda “Sumqayıt” üzərində qazandıqları 4:2 hesablı qələbəni şərh edən 25 yaşlı futbolçu matç ərzində komandasının həm müsbət, həm də mənfi cəhətləri olduğunu bildirib: “Yaxşı cəhətlərdən biri o idi ki, ardıcıl qollar vurduq. Məhsuldarlığımız yüksək oldu. Buna qədər səfərdə 4 dəfə fərqlənməmişdik. Mənfi cəhət isə odur ki, 3:0-dan sonra komanda dayandı. Bilmirəm, bu, arxayınlıqdan oldu, ya nədən, amma “Sumqayıt” üstünlüyü ələ aldı, fərqi də azaltdılar. Yaxşı ki, ikinci hissənin əvvəlində yenidən rəqib qapısına yol tapdıq. Əks halda işimiz daha çətin ola bilərdi. Gərgin matç alınsa da, əsas odur ki, qalib gəldik”.
O, komandasının ilk 10 turdakı çıxışını belə dəyərləndirib: “Dövrəni ikinci yerdə bitirdik. İndi də “Sumqayıt”ı məğlub etdik. İkinci yerdə olmağımız yaxşı nəticədir. Düzdür, ilk dövrəni məğlubiyyətsiz başa vurmaq istəyirdik. Təəssüf ki, alınmadı”.
A.Quseynov çempionatda rəqabətin artdığını bildirib: “Dediyim kimi, hazırda 2-ci yerdəyik və bu, pis deyil. İndi bunun ardını gətirməliyik. Çalışmalıyıq ki, daha da irəli gedək. Düzdür, işimiz asan deyil. Çünki komandalar güclənib, rəqabət daha da artıb. Hər matç digərindən çətin keçir”.
“Turan Tovuz”un yarımmüdafiəçisi növbəti turda qarşılaşacaqları “Kəpəz”lə matçdan da söz açıb: “Kəpəz” autsayder olsa da, bizi heç də asan oyun gözləmir. Hazırkı vəziyyətdə hər matç bizim üçün vacibdir. Doğma azarkeşlərimiz önündə oynayacağıq. Ona görə də əlimizdən gələni etməliyik. İnanıram ki, Qərb derbisində sevinən tərəf biz olacağıq. Bu 3 xal bizim üçün çox vacibdir”.
Çalhanoğludan pis xəbər
"Turan Tovuz"dan rekord
Samir Abasovun 30-u
"Sürətli oynayan "Sumqayıt" görəcəyik" - Vaqif Cavadov
"Səbəbini araşdıracağıq" - Kurban Berdıyev
"Turan Tovuz"un "Sumqayıt" üzərində qələbəsi - Video
6 qollu oyunda "Turan Tovuz" qalib gəldi
"Zirə" - "Sabah" oyununda vurulan qollar - Video
Renduliç: "Zirə" bizdən üstün deyildi“
“Zirə” 90+2-ci dəqiqə qolu ilə məğlubiyyətdən qaçdı
"Sumqayıt" - "Turan Tovuz" - Heyətlər
Mahir Almaniya çempionatında vurduğu ilk qoldan danışdı
“Qarabağ”la oyundan əvvəl 4 qolla qələbə qazandılar
İstefaya göndəriləcəyinə görə 30 milyon təzminat alacaq
11 aylıq zədədən qayıtdı
“Düşünürəm ki, uşaq-idman məktəblərinin sayı artırılmalıdır”
"Zirə" - "Sabah": Heyətlər
Messi "İnter Mayami" tarixinin bombardiridir