Son vaxtlar yaxşı formada olmasına baxmayaraq, millinin baş məşqçisi Berti Foqtsun diqqətindən kənarda qalan «Qarabağ»ın yarımmüdafiəçisi Rəşad Sadiqov, görünür, hələ yaxın zamanlarda da ölkənin əsas komandasına dəvət almayacaq.
Qol.Az-ın məlumatına görə, «Futbol+» qəzetinə müsahibəsində Foqts Sadiqovun yenidən milliyə çağırılmasının mümkünlüyü haqda sualı belə cavablandırıb: «Xahiş edirəm, mənə hazırda yığmaya dəvət alan fütbolçular haqda sual verin. «Qarabağ»ın futbolçusu ilə bağlı suala cavab vermək istəmirəm».
Əslində bununla alman mütəxəssis Rəşadı bir daha «qara siyahı»ya saldığını təsdiqləyib.
Əldə etdiyimiz məlumata görə isə, Sadiqovun millidən kənarda qalması heç də onun oyunu ilə əlaqədar deyil. Çünki hazırda Rəşad çox yaxşı formadadır, milliyə dəvət alan futbolçuların çoxusundan geri qalmır, Azərbaycanda onun mövqeyində çıxış edən oyunçuların əksəriyyətini üstələyir.
Amma məsələ burasındadır ki, Foqts bu futbolçuyla şəxsi-qərəzçiliyini hələ də davam etdirir, ona qarşı münasibətinin hətta nifrət həddinə çatdığı bildirilir. Rəşadın ölkə mətbuatına verdiyi müsahibədə millinin tez-tez təşkil olunan təlim-məşq toplanışlarının «Qarabağ»ın ziyanına olması haqda fikirləri isə Foqtsu lap hövsələdən çıxarıb.
Azərbaycanın milli komandasına az qala öz şəxsi mülki kimi baxan Foqts ölkəmizin istedadlı futboçularından birini əsas yığmadan kənarda qoyur. Bunun zərbəsi isə heç şübhəsiz, birinci növbədə, elə millinin özünə dəyir.
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı
Azərbaycan millisi Gürcüstana da məğlub oldu
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
AFFA -da Premyer Liqa klubları üçün seminar
“Liverpul” köklü islahata hazırlaşır
Mundiallar tarixində ilk - İnfantino açıqladı
Rusiyanın rəqibləri arasında Azərbaycan millisi də var
"Qarabağ" azarkeşlərə müraciət etdi
"Barselona" qərar verib, Flik "gözlə" deyir
"Braqa"dan əla geridönüş - Video
Arda Turandan möhtəşəm uğurdan sonra açıqlama
Konfrans Liqasının bütün yarımfinalçıları
Avroliqa: Yarımfinala hansı klublar adladı?
Turun mərkəzi oyunundan - Video
Konfrans Liqasının ilk yarımfinalçısı müəyyənləşdi
"Çelsi" Kaysedonun müqaviləsini yeniləyir
“Mingəçevir”in qələbəsindən - Video
"Barselona" yenidən UEFA-ya şikayət etdi
"Marsel"ə baha başa gəldi
"Real" komandada balansı qoruyacaq məşqçi axtarışında