Arif Əsədov: "Hələ qarşıda 5 oyun var"

Arif Əsədov: "Hələ qarşıda 5 oyun var"
ÖLKƏ FUTBOLU 17 Aprel 2011 / 20:52 2628
-  A +

"Mən indidən çempionluq fikri ilə razı deyiləm. Hələ qarşıda 5 oyun var. Rəqiblərimizin hamısının güclü olduqlarını AZAL-ın timsalında bir daha gördük". Qol.Az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Arif Əsədov AZAL üzərində 2:1 hesablı qələbə qazandıqları görüşdən sonra deyib.

Əsədov erkən qol buraxmalarına baxmayaraq, ikinci hissədə toparlandıqlarını söyləyib. Bunun məntiqi nəticəsi kimi o, "Neftçi"nin 2 qol vuraraq, sonda qələbəyə nail olduğunu bildirib. Gənc mütəxəssis ilk yarıda Mirhüseyn Seyidovu Cavid Hüseynovla əvəzləməsinin səbəbini də açıqlayıb: "Mən erkən əvəzetmələrə hücumu gücləndirmək üçün əl atıram. AZAL-la oyunda daha çox orta xəttdə sıxlıq yaratmaq istəyirdik. Seyidovu əvəzləməyim onun zəif çıxışı ilə bağlı deyildi, bu, taktiki gediş idi. Hüseynov oyunun başlanğıcından hücuma qoşula bilmədiyindən, onu sonradan daxil etdim".   

Daha çox


Son xəbərlər