Nazim Süleymanov: "Neftçi"ni çempionluq münasibətilə təbrik edirəm"

Nazim Süleymanov: "Neftçi"ni çempionluq münasibətilə təbrik edirəm"
ÖLKƏ FUTBOLU 17 Aprel 2011 / 20:41 2573
-  A +

"Birinci hissədə qol vurmağımıza rəğmən, ikinci hissədə səhvlərimizi düzəldib öz oyunumuzu tapdıq". Qol.Az-ın məlumatına görə, bunu AZAL-ın baş məşqçisi Nazim Süleymanov "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Premyer Liqanın sonuna 5 tur qalsa da, Süleymanov indidən flaqmanı çempionluq münasibətilə təbrik edib. O, məğlubiyyətin günahını hakimlikdə deyil, özlərində axtarmağın gərəkliyini vurğulayıb: "Məgər biz qol vurduq ki, hakim saymasın? Günahı özümüzdə axtarmalıyıq. AZAL hesabı qorumaq üçün meydançaya çıxmır. İlk yarıda fərqlənsək də, ikinci hissədə erkən qollar buraxdıq. Bu da oyunumuzu zəiflətdi. Lakin sərgilədiyi oyun baxımından, komandamdan çox razı qaldım".

Daha çox


Son xəbərlər