«Neftçi»nin kapitanı Rail Məlikov Belçikayla oyundan sonra millimizin baş məşqçisi Berti Foqtsun onun barəsindəki tənqidi fikirlərinə cavab verib.
Qol.Az-ın müxbiri ilə söhbətdə Məlikov deyib ki, bütün futbolçular Belçika yığması ilə oyunda sərfəli nəticə üçün çıxıblar.
«Biz həmin oyunda 1:4 hesabı ilə uduzduq. Bu, futboldu və hər cür nəticəylə üzləşə bilərsən. Berti Foqtsun mənim haqqımda səsləndirdiyi fikirlərə gəlincə, əslində Belçika yığması ilə oyunda hamı kimi, mən də milli üçün can yandırdım. Ancaq qapımıza təyin olunan penaltidən sonra komanda bir növ “sındı”. Deməzdim ki, komanda meydanda fəaliyyətsiz idi».
Rail Məlikov bu məğlubiyyətdən sonra milli komandayla bağlı təzyiqləri qəbul etmədiyini söyləyib: «Bundan əvvəlki matçda Türkiyə yığmasına qallib gələndə oyunumuz çox gözəl alınmışdı. İndi nə oldu, bir dəfə uduzan kimi hay-küy qaldırır. Mən azərbaycanlı azarkeşlərə səslənirəm: bir məğlubiyyətə görə bizə, millinin futbolçularına nifrət etməyin! Əsl seyrçi udanda da, uduzanda da öz komandasının yanında olmalıdı. Qaldı ki mənim axırıncı seçmə oyunda sol cinahda deyil, sağ cinahda oynamağıma, bu, baş məşqçinin taktiki gedişi idi. Mən də bu mövqedə əlimdən gələni etməyə çalışdım. Oyundan qabaq məşqdə də Foqtsun verdiyi tapşırıqları yerinə yetirdim» - deyə R.Məlikov vurğulayıb.
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı
Azərbaycan millisi Gürcüstana da məğlub oldu
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
AFFA -da Premyer Liqa klubları üçün seminar
“Liverpul” köklü islahata hazırlaşır
Mundiallar tarixində ilk - İnfantino açıqladı
Rusiyanın rəqibləri arasında Azərbaycan millisi də var
"Qarabağ" azarkeşlərə müraciət etdi
"Barselona" qərar verib, Flik "gözlə" deyir
"Braqa"dan əla geridönüş - Video
Arda Turandan möhtəşəm uğurdan sonra açıqlama
Konfrans Liqasının bütün yarımfinalçıları
Avroliqa: Yarımfinala hansı klublar adladı?
Turun mərkəzi oyunundan - Video
Konfrans Liqasının ilk yarımfinalçısı müəyyənləşdi
"Çelsi" Kaysedonun müqaviləsini yeniləyir
“Mingəçevir”in qələbəsindən - Video
"Barselona" yenidən UEFA-ya şikayət etdi
"Marsel"ə baha başa gəldi
"Real" komandada balansı qoruyacaq məşqçi axtarışında