Süleyman Kərimovdan Roberto Karlosa 2 milyon dollarlıq avtomobil hədiyyəsi

Süleyman Kərimovdan Roberto Karlosa 2 milyon dollarlıq avtomobil hədiyyəsi
DÜNYA FUTBOLU 13 Aprel 2011 / 01:27 2651
-  A +

Rusiyanın "Anji" klubunun sahibi Süleyman Kərimov komandanın kapitanı Roberto Karlosa ad günündə Fransada eksklüziv olaraq istehsal olunmuş "Bugatti Veyron" markalı idman avtomobili hədiyyə edib. Qol.az-ın "Life Sports"a istinadən yaydığı xəbərə görə, aprelin 10-da Moskvadakı "Metropol" mehmanxanasının restoranında keçirilmiş ad günü mərasimində Kərimov Karlosa avtomobilin oyuncaq modelini nümayiş etdirib.

Sonra isə o, küçədə futbolçunu maşının əslinin gözlədiyini bildirib. Kərimov, həmçinin komandaya vəd edib ki, yaxın 4 ildə "Anji" Rusiya çempionu titulunu əldə etsə, belə avtomobillər hər bir oyunçunun qarajını bəzəyəcək.

Bildirilir ki, Roberto Karlos dünyanın ən bahalı və sürətli avtomobilini Mahaçqalaya gətirmək fikrində deyil. O, hədiyyəni doğma San-Paulu şəhərinə göndərməyə hazırlaşır. Maşının 2 milyon dollardan çox qiyməti var.

Son xəbərlər