Çempionlar Liqasında yarımfinal mərhələsinə ilk 2 vəsiqənin sahibi müəyyənləşib. Qol.Az-ın məlumatına görə, 1/4 final mərhələsinin az öncə başa çatan cavab görüşlərində möcüzə baş verməyib.
Əzəli rəqiblər "Mançester Yunayted" və "Çelsi" arasındakı görüş ilk matçda olduğu kimi, "qırmızı şeytanlar"ın qələbəsi ilə nəticələnib. "Çelsi" ilk görüşdə 0:1 hesabı ilə uduzduğu rəqibinə "Old Trafford"da da yenilib. "Mançester Yunayted" səfərdə qazandığı üstünlüyü əldən verməyib. Matçın kulminasiya nöqtəsi 70-ci dəqiqədə "zadəganlar"ın futbolçusu Ramiresin meydançadan qovulduğu epizod olub. Həmin vaxt mançesterlilər 1:0 hesabı ilə öndə olub. Azlıqda qalmasına baxmayaraq, "Çelsi" bərabərlik qolunu vurub. Lakin bundan heç 1 dəqiqə keçməmiş "Mançester Yunayted" yekun nəticəni müəyyənləşdirib - 2:1.
Günün digər qarşılaşması isə Ukraynada baş tutub. Burada yerli "Şaxtyor" klubu "Barselona"nı qəbul edib. Son illər tez-tez görüşən bu komandaların oyunu bu dəfə formal xarakter daşıyıb. Səbəb isə "Barselona"nın ilk oyunda rəqibini 5:1 hesabı ilə məğlub etməsi olub. Cavab qarşılaşmasında da kataloniyalılar qələbə qazanıblar. İlk yarının sonlarında Lionel Messinin vurduğu qol oyunda yeganə olub.
Beləliklə, "Barselona" və "Mançester Yunayted" yarımfinala vəsiqə qazanıblar. Onların rəqibləri isə aprelin 13-də keçiriləcək "Tottenhem" (İngiltərə) - "Real" (İspaniya) və "Şalke 04" (Almaniya) - "İnter" (İtaliya) matçlarından sonra müəyyənləşəcək.
12 aprel
1/4 final mərhələsi (cavab görüşləri)
23:45. "Mançester Yunayted" (İngiltərə) - "Çelsi" (İngiltərə) - 2:1
Qollar: Xavyer Ernandes, 43 (1:0). Didye Droqba, 77 (1:1), Ji Sun Park, 78 (2:1)
Qırmızı vərəqə: Ramires, 70 ("Çelsi")
(ilk oyun 1:0)
23:45. "Şaxtyor" (Ukrayna) - "Barselona" (İspaniya) - 0:1
Qol: Lionel Messi, 43 (0:1)
(ilk oyun 1:5)
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı