"Bavariya" baş məşqçisini qovdu

"Bavariya" baş məşqçisini qovdu
DÜNYA FUTBOLU 10 Aprel 2011 / 16:07 2676
-  A +

Almaniyanın "Bavariya" klubu baş məşqçi Lui van Qalı istefaya göndərib. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, hollandiyalı mütəxəssis Bundesliqanın 29-cu turunda "Nürnberq"lə 1:1 hesablı səfər heç-heçəsindən sonra qovulub. 

Bu qərar klubun yenidən 4-cü pilləyə enişi və Çempionlar Liqası şanslarını itirmə təhlükəsi yarandığı üçün verilib. 59 yaşlı baş məşqçidən əlavə, köməkçiləri Frans Huk, Yos van Deyk və Maks Rekers də kənarlaşdırılıblar. Mövsümün sonunadək komandanın sükanı Andris Yonkerə etibar olunub. 48 yaşlı mütəxəssisə Hermann Jerlan, Marsel But və qapıçılarla işləyən məşqçi Valter Yunqhans kömək edəcək. 

Qeyd edək ki, Lui van Qal "Bavariya"ya 2009-cu il iyulun 1-də baş məşqçi təyin olunub. Van Qal həmin vaxt Yup Haynkesi əvəzləyib. Onun rəhbərliyi altında Münhen komandası ötən mövsüm Almaniya çempionluğunu, ölkə kuboku və Superkubokunu qazanıb, Çempionlar Liqasının finalçısı olub. Növbəti mövsümdən "Bavariya"ya yenə Haynkes rəhbərlik edəcək.  

Son xəbərlər