"Oyunun çətin olacağını ehtimal edirdik. "Neftçi" çox yaxşı komandadır. Bu oyun bizim çatışmayan cəhətlərimizi göstərdi. Hansı istiqamətlərdə çalışmalı olduğumuzu bildik. Amma ümumi olaraq futbolçularımın performansından razı qaldım. Oyunboyu epizodlarda maksimum oynadılar".
QOL.az xəbər verir ki, bu sözləri "Turan-Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 1-ci turunda "Neftçi" ilə 0:0 hesabı ilə heç-heçə etdikləri oyundan sonra deyib.
O, komandadakı çatışmazlıqlarla bağlı söyləyib: "Hücum fazasında məqamları qeyd edərdim. Uşaqlar necə oynamaq lazım olduğunu bilirlər. Yəqin ki, zamanla bunun öhdəsindən gələcəklər. Çox da böyük çatışmazlıq deyil.
Hər şeyi yaxşı anlayıram. "Neftçi" yaxşı komandadır. Amma biz daha çoxuna ümid edirdik. Maksimum hazırlaşmışdıq. Əgər hücumda oyunçular bacardığı və bildiyi kimi düzgün oynasaydı, hər şey başqa cür olardı".
Mütəxəssis komandada son 10 dəqiqədə yorğunluğun olmasının təbii hal olduğunu vurğulayıb: "Neftçi"nin oyunçuları yoruldu, bizimkilər də. Yorğunluğun olması təbiidir.
Hər komandanın çatışmazlıqları var. Bizim də, həmçinin. Bəzi anlar yaxşı alınırdı, əsasən də Ayxanın epizodlarında. Bəzi epizodlarda alınmadı. "Neftçi" haqda bilirik, amma buna şərh vermirik. Bağışlayın, sadəcə belədir".
K.Berdıyev stadiondakı atmosferin yaxşı olduğunu deyib: " Azarkeşlərimizə təşəkkür edirik ki, bizə dəstək olmaq üçün gəlmişdilər. Qazon hər iki komanda üçün eyni idi.
Heyətimizdən asılı olmayaraq, hədəflərimiz maksimumdur".
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı