Rusiyanın “Anji” klubundan ayrılan Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun müsahibəsi
- “Anji” klubu ilə tam üzülüşmüsünüz?
- Bəli, artıq “Anji” ilə qurtarmışam. Qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq.
- Səbəb nə oldu?
- Səbəb? Razılaşa bilmədik, yollarımızı ayırmağa qərar verdik. Onlar komandaya ulduz futbolçuları yığırlar. Biz isə hələ ki ulduz deyilik. Ona görə də “Anji”dən ayrıldım. Artıq Azərbaycandayam. Bundan sonrası inşallah, yaxşı olar.
- Bəs qalsaydınız, ulduz futbolçularla oynamağın xeyri olmayacaqdı?
- Əlbəttə, olardı. Niyə olmurdu ki... Əgər imkan versəydilər, olardı.
- Kim imkan vermədi?
- İndi bəzi səbəblərə görə geniş danışmaq istəmirəm. Yaxın vaxtlarda ətraflı söhbətləşərik.
- Komanda rəhbərliyini gedişiniz barədə məlumatlandırmısınız?
- Bəli.
- “Anji”dən ayrılmağa nə vaxt qəti qərar verdiniz?
- Bu yaxınlarda. Yığmamızın Belçika ilə oyunundan sonra.
- Axı Sizin klubla daha 2 il müqaviləniz var idi?
- Sağ olsunlar, müqavilənin bütün şərtlərini pozmağa razılaşdılar. Bütün maliyyə məsələlərini yoluna qoydular və müqaviləni pozduq.
- Amma bu barədə “Anji”nin rəsmi saytında heç bir məlumat yoxdur. Yalnız komandanın heyətindən adınız çıxarılıb...
- Rusiya Futbol İttifaqına verilən sifariş ərizəsində adım var. Sadəcə, ehtiyatda qalmamaq üçün özüm getmək istəmədim.
- İyunun 3-də Azərbaycan yığması səfərdə Qazaxıstan millisi ilə 2012-ci il Avropa çempionatının seçmə qrup matçına çıxacaq. Həmin oyunadək heç bir klubda çıxış edə bilməyəcəksiniz. Bu, idman formanıza təsir etməyəcək?
- Oyun praktikası sarıdan çətinlik çəkdiyimi görsəm, çağırılmamağımı xahiş edəcəyəm.
- Yığmadan imtina edəcəksiniz?
- İmtina deyəndə ki, oyun praktikam yoxdursa, necə oynaya bilərəm. Milliyə çağırılan futbolçuların hamısı çempionatda oynayanlardırlar. Yığmaya da belə oyunçular, çempionatda özlərini göstərənlər lazımdırlar. Mən heç bir klubda çıxış etmədiyim halda, milliyə kömək edə bilməyəcəyəm. Bundansa, qoy, kömək edə bilən futbolçu gəlsin.
- Aprelin 11-dən 14-dək yığmamızın Bakıda keçiriləcək növbəti təlim-məşq toplantısına Siz də çağırılmısınız. Hazırlıq prosesinə qatılacaqsınız?
- Bəli. Toplanış vaxtı baş məşqçi ilə hazırkı durumum və gələcək karyerama dair söhbət də edəcəyəm.
- Berti Foqts “Anji”ni tərk etməyinizdən xəbərdardır?
- Artıq onu bu barədə məlumatlandırmışam.
- Nə vaxt?
- Martın 29-da Belçika ilə keçirdiyimiz oyundan sonra.
- Necə reaksiya verdi?
- Açıqlamaq istəmirəm. Amma söhbətimiz olub.
- Bundan sonrakı karyeranız barədə nə düşünürsünüz?
- Təkliflər var. Hələ fikirləşirəm. Qərar verməyə tələsmirəm. Hansı klubla razılığa gəlsəm, rəsmi müqavilə bağlayacağam.
- Təkliflər yerli klublardandır?
- Yerli klublardan da var. Biri isə Türkiyə Superliqasında çıxış edən komandadır. Amma hələ adlarını açıqlaya bilmərəm. Çünki hazırda danışıqlar gedir.
- Yenə xaricdə çıxış etməyə üstünlük verəcəksiniz, yoxsa yerli klublara?
- İnşallah, hansı daha yaxşı olsa, ona.
Mənbə: Lent.az
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı
Azərbaycan millisi Gürcüstana da məğlub oldu
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
AFFA -da Premyer Liqa klubları üçün seminar
“Liverpul” köklü islahata hazırlaşır
Mundiallar tarixində ilk - İnfantino açıqladı
Rusiyanın rəqibləri arasında Azərbaycan millisi də var
"Qarabağ" azarkeşlərə müraciət etdi
"Barselona" qərar verib, Flik "gözlə" deyir