Nazim Süleymanov: "Hesabı daha da artıra bilərdik"

Nazim Süleymanov: "Hesabı daha da artıra bilərdik"
ÖLKƏ FUTBOLU 3 Aprel 2011 / 22:31 2120
-  A +

AZAL klubunun baş məşqçisi Nazim Süleymanov "İnter" üzərində qələbədən sonra fikirlərini açıqlayıb. Qol.Az-ın məlumatına görə, Süleymanov bildirib ki, "altılıq" oyunlarında əsas məsələ 3 xal qazanmaqdır.

Azərbaycanlı mütəxəssis buna nail olduqları üçün komandasını təbrik edib. Onun fikrincə, yaxşı oyun göstərmədən uğur qazanmaq olmaz: "Bəzi epizodlarda diqqətli olsaydıq, hesabı daha da artıra bilərdik. İkinci hissədə taktiki gedişə əl atdıq, müdafiəyə daha çox fikir verdik, ona görə də, üstünlük rəqibə keçdi. Komandamdan razı qaldım".

Daha çox


Son xəbərlər