Arif Əsədov: "Ən mühüm qələbələrdən birini qazandıq"

Arif Əsədov: "Ən mühüm qələbələrdən birini qazandıq"
ÖLKƏ FUTBOLU 3 Aprel 2011 / 18:45 2575
-  A +

Bizim "Qarabağ"la oyunumuz əsl derbi ab-havasında keçdi". Qol.Az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Arif Əsədov "Qarabağ" üzərində 2:0 hesablı qələbə qazandıqları görüşdən sonra deyib.

Onun fikrincə, rəqibin ardıcıl 9 oyunda qələbə qazanması gücündən xəbər verib: "Biz də analiz apardıq və düzgün taktika seçərək, qələbə qazandıq. Oyunçularım mənim istədiyimi ortaya qoydular. Biz daha yaxşı oynadıq və çempionluq yolunda ən mühüm qələbələrdən birini qazandıq".

Daha çox


Son xəbərlər