Qurban Qurbanov: "Neftçi" və "Xəzər Lənkəran" bizim üçün daha çətin və təhlükəlidir" (Müsahibə)

Qurban Qurbanov: "Neftçi" və "Xəzər Lənkəran" bizim üçün daha çətin və təhlükəlidir" (Müsahibə)
ÖLKƏ FUTBOLU 2 Aprel 2011 / 14:25 2495
-  A +

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov sabah Premyer Liqada lider «Neftçi»yə qarşı keçiriləcək oyun ərəfəsində Qol.Az saytının suallarını cavablandırıb


- «Qarabağ» dalbadal 9 oyundur qələbə qazanır. Azarkeşləriniz sabah ardıcıl qələbələrinizin sayını 10-a çatdırması çox düşündürür. - Hamıya aydındı ki, biz kiminlə qarşılaşırıq. «Neftçi» Azərbaycanının lider komandasıdı. Axırıncı turlarda onların daha da yaxşı toparlanması, bu komandanın nəticələri  rəqibin ciddiliyi haqda çox şey deyir.
- «Neftçi» oyunçusu və məşqçisi olduğunuz sabiq komandanızdır.
- Mən bunun fərqinə varmıram. Amma bu həqiqətdir ki,”Neftçi” hamımızın sevimli komandasıdı. «Qarabağ”da olmağıma baxmayaraq, həmişə “Neftçi”nin uğurlarına sevinib, onlara azarkeşlik etmişəm. Ancaq bununla bərabər biz meydanda rəqibik. Ona görə də bu oyunda nəticəni fikirləşirik. Əsas odur ki, «Neftçi» ilə matçda sona qədər mübarizə aparıb qələbəni biz qazanaq.
- Ard-arda iki çətin oyun - “Neftçi” və “Xəzər Lənkəran”la matç keçirəcəksiniz. Bu iki qarşılaşma “Qarabağ”ın çempionluq yolunda nə kimi əngəl ola bilər?
- Düzdü, bu iki klub daha çətin və təhlükəlidi. Rəqibin kimliyinin “Qarabağ” üçün fərqi yoxdu. Ancaq iddiamızı davam etdirmək və avroliqaya vəsiqə qazanmağı düşünürük. Buna görə də hər bir qələbə çempionluğu daha da yaxın edir. Biz də ancaq bunu düşünürük.
- Hazırda komandanızın heyətində itkilər var?
- Maksim Medvedyevin durumu məni çox düşündürür. Çünki o, bizim  üçün gərəkli oyunçudu. Onu da meydana buraxmaq istəyirəm. Ancaq hələ ki vaxtımız var. Oyun günü konkret qərar qəbul edəcəyəm. Zədələrini geridə qoyan Samir Abbasovla Aftandil Hacıyev də yaxın müddətdə tam olaraq sıralarımıza dönməyə çalışacaq. Bəzi həkim müayinələrindən sonra konkret hansı oyunçuların meydana çıxmasına aydınlıq gələcək. Həm də bir oyuna görə onların zədəsinin daha da pisləşməsini istəmirik. Tam bərpa olub meydana dönsələr, bunu daha effektli sayaram.
- AÇ-2012-n seçmə mərhələsinin son Belçika - Azərbaycan yığmalarının qarşılaşmasında millimiz çıxışı sizdə hansı rəyi formalaşdırdı?
- Millimizin Türkiyə üzərindəki qələbəsi, son oyun öncəsi Almaniyadakı təlim-məşq toplanışı bizi Belçika matçında daha çox sərfəli nəticəyə kökləyirdi. Belçika seçməsinin də oyunlarını izləmişdim və  yığmamızın yaxşı nəticəsinə ümid edirdim. Çox təəssüf ki,  gözlədiklərimiz alınmadı. Ən əsası mən millimizdən 1:4 hesablı məğlubiyyəti qətiyyən gözləmirdim. Hesab 1:1 olanda komanda müəyyən qədər özünə gəldi. Ancaq penalti epizodunda baş hakim 11 metrlik cərimə zərbəsi təyin etdi. Hərçənd bu qərarı verməyə də bilərdi. İsveçli hakimin Belçika millisinə simpatiyası hiss olunacaq səviyyədə idi. Məhz onun verdiyi penalti zərbəsi komandamızın oyununu və xal qazanmaq istəyini sındırdı.
- Millinin heyətinə çıxış edən «Qarabağ»lı futbolçuların oyun səviyyəsi haqda nə deyə bilərdiniz?
- Nəticə belə olubsa, buna görə konkret hansısa oyunçuları qınamazdım. Çünki bu, bütöv bir kollektivin məğlubiyyətidi. Onlar da bu və ya digər formada komandaya kömək etməyə çalışdılar. Ancaq nəticə vermədi. Buna görə qarşıdakı matçları düşünmələri daha düzgün olardı.
- Çoxları son vaxtlar yaxçı formada olan Vüqar Nadirovun millidə əsas heyətdə yer alacağını gözləsə də, baş məşqçi onun ikinci hissədə meydana daxil etdi.
- Bilirisiniz, hər bir oyunçuda eniş və yüksəliş dövrü olur. Deməzdim ki, Vüqar indi ən yüksək formadadı. Ancaq gündən-günə öz oyununu inkişaf etdirir.
O ki qaldı onun əsas heyətdə yer almamasına, baş məşqçi tanıdığı rəqibə uyğun təhlil aparır və heyət müəyyənləşdirir. Bu, Berti Foqtsun rəqibin oyununa qarşı qurduğu taktikiyla bağlı idi ki, burda da Vüqar Nadirov əsas heyətdə düşə bilmədi. Milliyə 20-25 oyunçu çağırılır və onların hər biri ilk 11-likdə oynamağa qadirdi. Ancaq meydanda 11 nəfər olmalıdı.
Düzdü, Vüqar formasını gündən-günə artırır. Ancaq bu o demək deyil ki, o, həmişə millinin start heyətində meydana çıxmalıdı. Xüsusən də səfərdə oynadığımız üçün rəqib qiymətləndirilərək bu cür yol seçildi. Bunu da normal qəbul etmək lazımdı.
- Əfran İsmayılov sonuncu dəfə “Qarabağ”ın “Simurq”la keçirdiyi yoldaşlıq görüşündə də fərqləndi. Bu cür gedişat Əfranın əvvəlki formasına dönməsi kimi başa düşülə bilər? Sabahkı ağır oyunda onu start heyətində görə bilərik?
- Mümkündü. Biz əvvəlki oyunlarda da ondan az-çox ehtiyatla istifadə etmişik. «Neftçi» ilə matçda da onu əsas heyətdə görə bilərik. Çünki öz üzərində çox işləyir və get-gedə əvvəlki formasına qayıdır. Son on günlük hazırlıq çərçivəsində Əfran xeyli inkişaf edib. Ancaq onun haqda hələ qəti qərar verməmişəm. Ayağındakı ağrılar da artıq geridə qalmaq üzrədi. Mümkün dərəcədə onun da potensialından “Qarabağ”ın xeyiri üçün istifadə etmək niyyətindəyəm.
- “Qarabağ”ın millidən qayıdan oyunçuları  psixoloji cəhətdən yaxşı vəziyyətdə deyil. Bunu necə aradan qaldıracaqsınız?
- Mən hər dəfə millidən qayıdan oyunçuların psixoloji durumundan narahat oluram. Belə məğlubiyyətdən sonra təbii ki, psixolji gərginlik yaranır. Hamısı azərbaycanlıdı, millidəki məğlubiyyətin təsiri altındadılar. Oyundan sonra mediakı yazılar, müəyyən dairələrin tənqidləri onları bir az da «sıxır». Çalışırıq, bu gərginliyi aradan qaldıraq. Bilmirəm bunu nə dərəcədə bacarırıq.
- Sizcə, Belçika yığması ilə oyunda millimizdə konkret hansı xətt daha zəif təsir bağışladı?
- Ümumiyyətlə, kənar fikir bildirməkdən asan şey yoxdu. Ancan mən Berti Foqts qədər Belçika yığmasının matçlarını konret detallarına kimi analiz etməmişəm. Rəqibə qarşı hansı taktikanı seçmək baş məşqçi kimi Foqtsun işidi.
Mən daha çox müdafiə xəttinin zəif olmasını qeyd edərdim. Bu da Elnur Allahverdiyevin yoxluğu, Rail Məlikovun sağ cinah oyunşusu ola-ola sola keçməsi, Mahirin ön xətt oyunçusu mövqeyindən arxaya çəkilməsi ilə bağlıdı. Onlar da nəsə etmək istəsə də səhvləri qaçılmaz oldu və məğlubiyyətlə üzləşdik. Maksim Medvedyev və Əfran İsmayılovunda yoxluğu milliyə təsirsiz ötüşmədi.
- Berti Foqtsun yığmanın son oyunundan sonra öz ölkəsinə qayıtması və yenə çempionat oyunlarını izləməməsi futbolumuza hörmətsizlik sayılır. Siz necə düşünürsüz?
- Məncə, o, futbolçuların hamısını tanıyır. Buna görə belə oyunlara baxmağa ehtiyac duymur. Həm də bu cür nəticədən sonra ola bilsin Berti Foqts da müəyyən sıxıntı içindədi. Ona görə öz vətəninə üz tutur.

 

Daha çox


Son xəbərlər