Azərbaycan milli komandası və "Qarabağ" klubunun əsas müdafiəçisi Rəşad Sadıqov "Neftçi" ilə oyunöncəsi iddialı açıqlamaları ilə diqqət çəkib. Qol.Az-ın müxbiri ilə söhbətində Sadıqov qarşıdakı oyunda "Neftçi"ni favorit sayıb:
"Bu mövsüm Premyer Liqanın təsnifat mərhələsində "Qarabağ" "Neftçi" ilə keçirdiyi görüşlərdə 1 məğlubiyyət və 1 heç-heç edib. Bu nəticələrə əsasən "Neftçi"nin psixoliji cəhətdən üstün olduğunu söyləmək olar. Növbəti matça gəldikdə isə bu oyunun favoriti "Neftçi"dir. Bunu həm "ağ-qaralar"ın çempionatın lideri olması, həm də ən yaxın izləyici "Xəzər Lənkəran"ı 4 xal fərqi ilə üstələməsi ilə izah etmək olar. Məhz bu amil "Neftçi"də bizə qarşı oyunda böyük inam yaradır.
Favorit olaraq da "Neftçi"nin bu oyunda qələbəni əldən verməmək istəyi mütləqdir. "Xəzər Lənkəran"la son oyunda "Neftçi"nin inamlı təsir bağışlaması da onların gücündən xəbər verir. Qarşıdakı matçın derbi bir oyun olmasını və stadiona çoxlu azarkeş ordusunun gəlməsini istəyirəm ki, onlar futbolumuzun əsl simalarını görsünlər".
Sadıqov "Neftçi" və "Xəzər Lənkəran"la keçirəcəyiniz oyunlarda xal itkisindən və çempionluq yolunda büdrəmənizdən qorxmursunuz” sualını isə belə cavablandırıb: "Tək bu oyunlarda çempionluq həll olunmur. Digər qalib gəldiyimiz rəqibləri də zəif saymaq olmaz. Çünki "altılıq"dakı bütün komandalar bizim üçün təhlükəlidir. Bu səbəbdən də “altılığ”ın hər bir oyununda müxtəlif nəticələr qeydə alına bilər. Burada itirilən və qazanılan xallar Avrokuboklara vəsiqənin sahibini müəyyənləşdirə bilər".
Sadıqov eyni zamanda AÇ-2012-nin seçmə mərhələsində milli komandamızın son oyununa da münasibət bildirib: "Birinci hissədə daha daha yaxşı oynadıq. Ancaq rəqibin sürətli oyunu və komanda olaraq buraxdığımız xırda səhvlər məğlubiyyətə yol açdı. Bu oyuna həm psixolji, həm də taktiki cəhətdən yaxşı hazırlaşmışdıq. Lakin təəssüf ki, bunu oyunda tətbiq edə bilmədik.
Hakimlərə gəldikdə isə onların azda olsa, səhvləri var idi. Ümumilikdə isə Belçika yığması ilə oyunda məğlubiyyətə görə hakimliyi qınamaq düzgün deyil. Rəqiblə başa-baş mübarizə aparmaq gücündə idik. Ancaq sadə epizodda buraxdığımız səhvlər rəqibin qol vurmağına şərait yaratdı".
Qurban Qurbanovun milliyə təyinatı ilə bağlı məsələyə isə Sadıqovun münasibəti belə olub: "Mənə Berti Foqtsla işləmək xoşdur. AFFA-nın hansı məşqçiyə üstünlük verməsi məni qətiyyən maraqlandırmır. Çünki bu işlə AFFA məşğul olur. Bizim bu haqda nəsə deməyimiz düzgün olmaz. Futbolçuların əsas işi meydanda mübarizə aparmaqdır".
UEFA-dan AFFA-ya məktub
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi
"Mançester Siti" yarımfinalda
PSJ Qitələrarası Kuboku qazandı
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var