Bu gün Avro-2024-də 1-ci tura yekun vurulub.
QOL.az xəbər verir ki, turun son oyun günündə 2 matç keçirilib.F qrupunda qardaş Türkiyənin millisi ilə qonşu Gürcüstan ilə üz-üzə gəlib. Bununla da gürcülər Avropa çempionatlarının final mərhələsi tarixində ilk oyunlarına çıxıblar.
Dortmunddakı “BVB-Ştadion”da keçirilən matçda Türkiyə rəqibinə 3:1 hesabı ilə qalib.
Tura isə bu qrupun digər oyunu - 39 yaşlı Kriştiano Ronaldonun kapitanı olduğu Portuqaliya Çexiya ilə qarşılaşıb. Portuqaliya millisi “Leyptsiq Ştadium”da təşkil olunan oyunda 2:1 hesablı qələbə qazanıb.
18 iyun
F qrupu
20:00. Türkiyə - Gürcüstan - 3:1
Qollar: Mert Müldür, 25 (1:0), Georges Mikautadze, 32 (1:1), Arda Güler, 66 (2:1), Kerem Aktürkoğlu, 90+7 (3:1)
Baş hakim: Fakundo Telyo (Argentina).
Dortmund, "Siqnal İduna Park" stadionu.
23:00. Portuqaliya - Çexiya - 2:1
Qollar: Robin Hranaç, 69-avtoqol, Fransisko Konseyçao, 90+2 - Lukas Provod, 62
Baş hakim: Marko Quida (İtaliya).
Leyptsiq, "Red Bull Arena".
N | Komandalar | O | Q | H | M | T-F | X |
1 | Türkiyə | 1 | 1 | 0 | 0 | 3-1 | 3 |
2 | Portuqaliya | 1 | 1 | 0 | 0 | 2-1 | 3 |
3 | Çexiya | 1 | 0 | 0 | 1 | 1-2 | 0 |
4 | Gürcüstan | 1 | 0 | 0 | 1 | 1-3 | 0 |
"Barselona"dan "Bayer"ə
ETOPAZ-dan böyük sürpriz
UEFA Erikseni seçdi
"Sumqayıt"ın hazırlıq planı müəyyənləşdi
Fransa - Polşa oyununun ən yaxşısı odur
Sabitzer ən yaxşı oldu
Güləşçilərimizdən 1 gümüş, 3 bürünc medal
"Roma" De Rossi ilə müqaviləni uzatdı
"Zirə" Rumıniya klubuna qalib gəldi
Messi azarkeşlərini torta qonaq etdi
Dünyanın ən yaşlı futbolçusu klubunu dəyişdi