"Qarabağ" "Everton"u geridə qoyub dünya reytinqində irəlilədi

"Qarabağ" "Everton"u geridə qoyub dünya reytinqində irəlilədi
ÖLKƏ FUTBOLU 1 Aprel 2011 / 12:19 2936
-  A +

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının növbəti reytinq siyahısını açıqlayıb. Qol.Az-ın məlumatına görə, 403 komandasının yer aldığı cədvələ 292 xalla İtaliya “İnter”i başçılıq edir. İspaniyanın “Barselona” (290) və “Real” (264) klubları müvafiq olaraq ikinci-üçüncü pilləni tuturlar.

Reytinq siyahısında Azərbaycandan yalnız “Qarabağ” yer alıb. Ağdam klubu ötən ayla müqayisədə 27 pillə irəliləyərək siyahıda 218-ci yerə (81,5 xal) qalxıb. “Qarabağ”ın geridə qoyduğu komandalar arasında İngiltərənin “Everton”, "Aston Villa", Argentinanın "River Pleyt", Türkiyənin "Bursaspor", Almaniyanın "Nürnberq" və "Hoffenhaym" kimi klubları da var.

Daha çox


Son xəbərlər
topaz banner