Milli Məclisin Sabir Rüstəmxanlı Azərbaycanın futbol üzrə milli komandasının üzvləri barədə kəskin ittihamlar səsləndirib. Qol.Az-ın «Futbol+» qəzetinə istinadən yaydığı xəbərə görə, o, artıq Azərbaycan yığmasına azarkeşlik etmədiyini söyləyib.
«Yalnız televiziya vasitəsilə müəyyən epizodlara baxıram. O gün təsadüfən Belçika ilə görüşü izlədim. Müdafiədə oturub rəqibin nə vaxt üzərinə gələcəyini gözləyirlər. Görmüşük ki, istənilən idman növündə döyüşçü qarşısındakı rəqibin üzərinə getsin, ona hansı gücə sahib olduğunu göstərsin. Futbolçunun meydanda varlığı görünər. Bizimkilər bir sürü qoyundu, qoyunların nəyinə baxım? Söhbət tək futbolçulardan getmir. O vaxt Əhməd Ələsgərov vardı. «Neftçi»ylə az-çox uğur qazanmağı bacardı. Bu gün də yığmanın başına yerli məşqçilərdən birini qoysalar, Foqtsdan-boksdan daha başarılı olar. Onun Azərbaycan futboluna hansısa xeyir verdiyi görmürəm. Nə texniki, nə taktiki, nə də futbolçu seçiminin üçtünlüyü görünür. Gürcüstana baxın, idmançıları dünyanı hər yerində çıxış edir. Bəs bizdə vəziyyət necədir? Hansı cəhətimizə görə onlardan geri qalmalıyıq? Bu ölkədə boksçu, güləşçi yetişdiyi halda, nəyə görə futbol geri qalır? Heyif Foqtsa xərclənən pullara. Məncə, Azərğaycan millisi bu gün beynəlxalq arenaya çıxmamalıdı. Çıxıb özümüzü biabır etməkdənsə, oturub daxildə yetişməyimiz daha ağlabatandı. Mənim düşüncəmə görə, bu gün ölkədən futboldan vacib problemlər var. Ona görə də Milli Məclisdə futbola bağlı hansısa xüsusi fikir demək haqda düşünmürəm. Milli Məclis futbolu müzakirə etmək meydanı deyil. İdmanın inkişafı ilə bağlı qanunlar var. Futbola aidiyyatı orqanlar zəhmət çəkib, bununla məşğul olsunlar» - deyə millət vəkili bildirib.
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı
Azərbaycan millisi Gürcüstana da məğlub oldu
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
AFFA -da Premyer Liqa klubları üçün seminar
“Liverpul” köklü islahata hazırlaşır
Mundiallar tarixində ilk - İnfantino açıqladı
Rusiyanın rəqibləri arasında Azərbaycan millisi də var
"Qarabağ" azarkeşlərə müraciət etdi
"Barselona" qərar verib, Flik "gözlə" deyir