"İnter"in prezidentini prokurorluqda dindirdilər

"İnter"in prezidentini prokurorluqda dindirdilər
DÜNYA FUTBOLU 1 Aprel 2011 / 01:09 2415
-  A +

İtaliyanın "İnter" klubunun prezidenti Massimo Moratti prokurorluğa çağırılıb. Qol.Az-ın məlumatına görə, Moratti 2005-2006-cə il mövsümündə A seriyasına dair suallara 3 saat ərzində cavab verib.

5 il öncə "Yuventus" İtaliya çempionu olub. Lakin sonradan danışılmış oyunlarla bağlı qalmaqal üzündən titul "İnter"ə keçib. İndi isə yeni telefon danışığının səs yazısı üzə çıxıb. Orada Moratti oyunlara hakim təyinatına cavabdeh Paolo Berqamo ilə danışır. Bu telefon danışığı yeni təhqiqata gətirib çıxara bilər.

Son xəbərlər