Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun müsahibəsi
- Belçika yığması ilə qarşılaşmanı bir daha təhlil etdikdən sonra oyun barədə fikirlərinizi bilmək istərdik…
- Müdafiədə səhvlərin təkrarlanmasını görmək məni təəssüfləndirir. Almaniya və Avtriya yığmaları ilə oyunda olduğu kimi səhvlər ardıcıl təkrarlanır və əlavə vaxtda qol buraxırıq. Belə səhvlərə yol verməməliyik. Ölkənin millisi üçün oynamaq və məşqlərdə öyrənmək istəyi şərəfdir. Mahir və Railin səhvlərini görəndə düşünürəm ki, bu oyunçular öz səhvləri üzərində öyrənmək istəmirlərmi? Mən müdafiəyəmeyilli futbol oynatmıram, bu mənim üslubum deyil. Bu, fiziki hazırlıq və konsentrasiya məsələsidir. Tibbi müayinələri niyə keçiririk? Futbolçulara özlərinin nə üzərində işləməli olduqlarını demək üçün. Amma onların bəzisi bunu etmir. Buna görə də 8-10 günlük təlim-məşq toplanışları futbolçuları lazımi fiziki formaya çatdırmağa kifayət etmir. Bu, uzunmüddətli təlim prosesidir. Bizim prioritetimiz bütün mövqelərdə hücumameyilli futbol oynamaqdır.
Beynəlxalq oyunlarda rəqib səhvləri bağışlamır. Biz çox səhv buraxırıq. Futbolçular hələ də Türkiyə yığması üzərində qələbə barədə düşünürlər. Təəssüf ki, Türkiyə millisi üzərində qələbə xeyirdən çox zərər gətirdi. Bu qələbədən sonra futbolçular həmin oyundakı kimi mübarizə aparmırlar. Məni təəssüfləndirən odur ki, Vaqif Cavadov zəif oyunundan nəticə çıxarmır və qarşılaşma başa çatandan sonra gülür. Onun bu hərəkətini izah etmək üçün söz tapa bilmirəm.
Hələ iki səfər, dörd ev oyunmuz qalır. Bu oyunlarda komandanın başqa simasını görmək istəyirəm. Buna görə də oyunçulara fərqli münasibət olacaq. Məsələn, taktiki tapşırıqları yerinə yetirməyən futbolçular cəzalandırılacaq. Onlar öz ölkələrinin millisində çıxış etdikləri üçün minnətdar olmalıdırlar. Mən futbolçulardan Azərbaycan üçün medyanda əzmkar mübarizə aparmağı tələb edirəm.
- Konkret olaraq hansı futbolçular ümidlərinizi doğrultmadı?
- Vafiq Cavadov və Mahir Şükürovun oyunu məni çox təəssüfləndirdi. Rail Məlikov kimi peşəkar bir futbolçunun isə belə səhvlərə yol verməsini gözləmirdim.
- Qarşıdakı oyunlarda hansı mövqelərdə dəyişiklik etməyi düşünürsünüz?
- Klubların oyunlarını izləyəcəm. Tibbi müayinə və təlim-məşq toplanışından sonra heyətdə hər hansı dəyişikliklə bağlı qərar qəbul edəcəm.
- Apreldə Unibank Premyer Liqasının hansı oyunlarını izləyəcəksiniz?
- «İnter» - «Neftçi», «Qarabağ» - «Xəzər Lənkəran» və başqa oyunları izləyəcəm. Problem çempionat oyunlarında deyil, oyunların sürətindədir. Çempionat oyunlarındakı sürətlə bizim keçirdiyimiz beynəlxalq matçların sürəti arasında kəskin fərq var və tənqidçilər bunu tədricən görməlidirlər. Bütün bunlarla yanaşı, müsbət məqamları da görmək lazımdır. Seçmə mərhələdə artıq 3 qol vurmuşuq. Rusiya və Türkiyə milliləri ilə oyunlarda əldə olunmuş müsbət nəticələrə sevinmişik. İndi isə tənqidi yanaşmanı qəbul etməliyik. Futbolçular öyrənməlidirlər.
Mənbə: affa.az
UEFA-dan AFFA-ya məktub
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi
"Mançester Siti" yarımfinalda
PSJ Qitələrarası Kuboku qazandı
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var