"Barselona"nın idman direktoru Deko 2025-ci ilin yayında yüksək səviyyəli transfer həyata keçirməyi planlaşdırır.
QOL.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Dekonun əsas transfer hədəfi “Bayer”in almaniyalı ulduzu Florian Virtzdir. Mütəxəssis 21 yaşlı yarımmüdafiəçinin heyranıdır. Həmçinin Deko düşünür ki, Florian "Barselona"nın qol silahına çevriləcək. Ona görə də Deko bu yay Virtzi Kataloniya klubuna gətirmək üçün əlindən gələni edəcək.
Xatırladaq ki, başa çatan mövsümdə Virts Leverkuzen təmsilçisinin heyətində bütün yarışlarda 49 matça çıxıb, 18 qol vurub və 20 qolun ötürməsini verib. O, "Bayer"lə Bundesliqanın qalibi olub. Virtzin "Bayer"lə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt"a görə, futbolçunun bazar dəyəri 110 milyon avrodur.
"İnter" üçün ağır xəbər
13 il, 80-ci qol
Premyer Liqa klubları koreyalı futbolçunu hədəfə aldı
UEFA-dan "Fənərbaxça"ya qadağa
"Aston Villa" yenidən ona göz dikdi
16 yaşlı futbolçu vəfat etdi
"Fənərbaxça" - "Nottingem Forest" Heyətlər
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
"İnter" rəqibin stadionunu sərt tənqid etdi
Şəhriyar Məmmədyarov finalda
Kurtua Fransa klubunun səhmdarı olacaq
"Milan"ın müdafiəçisi sıradan çıxdı
"Qarabağ"a 4 qol vurdu, həftənin ən yaxşı oyunçusu seçildi