“Neftçi”nin yarımmüdafiəçisi Livana qarşı oynadı

“Neftçi”nin yarımmüdafiəçisi Livana qarşı oynadı
ÖLKƏ FUTBOLU 7 İyun 2024 / 00:32 1824
-  A +

“Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber Fələstin yığmasında növbəti matçına çıxıb.

QOL.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsində Livana qarşı keçirilən oyunda iştirak edib.

Meydana start heyətində çıxan Caber 90 dəqiqə meydanda olub. 

Qətərin paytaxtı Dohada keçirilən görüş 0:0 hesabı ilə yekunlaşıb. 

Qeyd edək ki, hazırda Fələstin yığması 8 xalla İ qrupunda 2-ci pillədə qərarlaşıb. Son turun nəticəsindən asılı olmayaraq Caberin komandası qrup ikincisi kimi növbəti mərhələyə vəsiqəni təmin edib. Avstraliya millisi 15 xalla qrupda birinci, Livan 3 xalla üçüncü, Banqladeş isə 1 xalla dördüncüdür. 


Son xəbərlər
topaz banner