Foqtsdan Azərbaycan Premyer Liqasına hörmətsizlik

Foqtsdan Azərbaycan Premyer Liqasına hörmətsizlik
ÖLKƏ FUTBOLU 31 Mart 2011 / 00:36 3192
-  A +

Avro-2012-nin seçmə oyununda Belçikaya 1:4 hesablı səfər məğlubiyyəti ilə üzləşən Azərbaycan yığması martın 30-da axşam saatlarında Bakıya qayıdıb. Qol.Az-ın məlumatına görə, nümayəndə heyəti ölkəmizə dönənlər arasında baş məşqçi Berti Foqts olmayıb.

Almaniyalı mütəxəssis yenə vətəninə yollanıb. Onun aprelin sonlarında Bakıya gələcəyi gözlənilir. Bu isə o deməkdir ki, Foqts Unibank Premyer Liqasında həlledici mərhələnin bir neçə turunu izləməyəcək. Beləliklə, 65 yaşlı çalışdırıcı Azərbaycan çempionatına bir daha hörmətsizliyini nümayiş etdirib.

Daha çox


Son xəbərlər