"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov millimizin belçikalılara məğlub olmasının səbəblərini açıqlayıb.
"Yığma komandamızın böyük hesabla məğlubiyyətini gözləmirdim. Doğrudur, rəqib formalaşmış və güclü komandadır. Belçikanın əvvəlcə səfərdə Avstriyanı məğlub etməsi bundan xəbər verirdi. Hesab daha acınacaqlı ola bilərdi. Lakin qapıçı Kamran Ağayev buna imkan vermədi. Buna baxmayaraq, Belçikaya qarşı daha yaxşı oynayıb belə hesabla uduzmamaq olardı" - deyə, gənc mütəxəssis bildirib.
Baş məşqçi komandanın uğursuzluqla üzləşməsində psixoloji təsirin olduğunu qeyd edib: "İlk qol millimizdə bir az ruh düşkünlüyünə səbəb oldu. Ancaq Ruslan Abışovun bərabərliyi təmin etməsi komandamızda canlanma yaratdı. Bunun ardından millimiz fəallaşıb bir neçə dəfə hücuma keçsə də, imkanları dəyərləndirə bilmədi. Mənə elə gəlir ki, penaltidən sonra millimiz "sındı", oyun sistemi pozuldu. Belə qarşılaşmalarda komandada özünəinam olmalıdır ki, ruhdan düşməsin. Bu epizodda hakimin qərarı ilə razılaşmaq olardı, top Rail Məlikovun əlinə dəymişdi. 3-cü qoldan sonra vəziyyəti dəyişmək çətin idi" (supersport.az).
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı
Azərbaycan millisi Gürcüstana da məğlub oldu
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
AFFA -da Premyer Liqa klubları üçün seminar
“Liverpul” köklü islahata hazırlaşır
Mundiallar tarixində ilk - İnfantino açıqladı
Rusiyanın rəqibləri arasında Azərbaycan millisi də var
"Qarabağ" azarkeşlərə müraciət etdi
"Barselona" qərar verib, Flik "gözlə" deyir