Berti Foqts: "Problem yoxdur, gedə bilərəm"

Berti Foqts: "Problem yoxdur, gedə bilərəm"
ÖLKƏ FUTBOLU 30 Mart 2011 / 02:16 3318
-  A +

“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Onlar bizdən üstün idi. Sürətli oynayıb, Avstriyaya qalib gələndən sonra meydana arxayın çıxması hiss olunurdu”. Qol.Az-ın Apasport.az saytına istinadən yaydığı məlumata görə, bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı mütəxəssis Avro-2012-nin seçmə mərhələsi çərçivəsində səfərdə Belçika yığmasına böyük hesablı məğlubiyyəti daha çox öz səhvlərimizlə bağlayır: “İlk qoldan öz oyunumuzu tapa bildik, hesabı bərabərləşdirik, gözəl oynadıq. Ancaq lazımsız penalti oyunun axarını dəyişdirdi. İkinci hissədə kombinasiyalı oynadıq, son ötürmə alınmırdı, öz səhvlərimizdən qol buraxdıq. Belçikanın qrupda 2-ci güclü olduğuna inanıram”.
Foqts bildirib ki, postundan getməyə hazırdır: “Bu baxımdan problem yoxdur. Lazım olsa, gedə bilərəm. Ancaq qərarı AFFA qəbul edir”.

Daha çox


Son xəbərlər