"Neftçi" klubunun baş məşqçisi Arif Əsədov Premyer Liqanın növbəti turunda qarşılaşacaqları "Qarabağ"la oyunöncəsi komandasının hazırlığından danışıb. Qol.Az-ın məlumatına görə, Əsədov "Neftçi" ilə yanaşı Azərbaycan milli komandasının bu axşamkı oyununa da toxunub.
-"Altılığ"ın növbəti turunda "Qarabağ"la oyundan nə gözləyirsiz?
-Çempionluq uğrunda mübarizə aparan 2 komandanın dueli çox maraqlı alınacaq. Çünki hər 2 klub artıq bütün diqqətini çempionata yönəldib. Bu da hər 2 komandanı kubok yarışlarından kənar qalması ilə əlaqədardır. Digər "altılıq" oyunları kimi burada da əsas məqsəd 3 xal qazanmaqdır. Neçə top vurmağın fərqi yoxdur. Əsas olan yerimizi bir qədər də möhkəmlətməkdir.
-"Qarabağ"la oyunda itirələcək xal liderliyə nə dərəcədə təsir göstərəcək?
-"Neftçi" meydana həmişə 3 xal üçün çıxıb. Buna görə də, nəinki "Qarabağ"dan, digər klublardan da çəkinmirik.
-"Simurq"la yoldaşlıq görüşündə Emil Mpenzaya şans verdiniz. Necə düşünürsüz, Mpenza əvvəlki formasına qayıdıb?
-Gördüyünüz kimi, əsasən gənc və zədəli futbolçuları yoxladım. Mpenzanın hazırlığı mənim üçün çox maraqlı idi. Ancaq o əvvəlki formasından xeyli uzaqdır. Ola bilsin ki, növbəti oyunlarda onu tədricən əsas heyətdə görə bildik. Qaldı digər legioner Yasin Himaya onun zədə problemi hələ də aradan qalxmayıb.
-Özbəkistanlı forvard Bahadəır Nəsimovun son vaxtlar qol vurmaması bəlkə Mpenzanın yoxluğu ilə bağlıdır?
-Ola bilər o hücumda tandemsiz qalır. Ancaq burada əsas məsələ oyunçunun uğursuz seriyaya düşərək qol vura bilməməsidir. Sanki o tilsimə düşüb. Tədricən onun da qollarının şahidi olacağıq. Bundan başqa bugünkü matçda Ruslan Əmircanov, Elmar Baxşıyev kimi zədəli oyunçuları yoxladım. Əvəzedicilərdən də bir neçə oyunçunu yoxlamaqla onları gələcəkdə əsas komandaya cəlb etmək istəyirəm.
-Bu axşam keçiriləcək Belçika - Azərbaycan oyunu haqda nə deyə bilərsiniz?
-Rəqibin daha çox gənclərlə oynaması hamıya aydındır. Belçikada bir müddət idi ki, nəsil dəyişmə prosesi gedirdi. Bu da artıq yekunlaşıb. Onların son oyununda qazandığı qələbə də bu işin hansı səviyyədə olduğunu göstərdi. Bir neçə il öncə rəqibin gənclər yığması olimpiya oyunlarında ikinci yer tutmuşdu. Hazırkı Belçika yığması da məhz həmin oyunçulardan təşkil olunub. Millimiz bu gün heyət baxımından çox yaxşı formalaşmış bir yığma ilə oynayacaq.
-Avstriya ilə oyunda qazanılan qələbə Belçikanın bu axşamkı matça yüksək əhval-ruhiyyədə çıxmasına şərait yaradacaq. Buna münasibətiniz necədir?
-Səfərdə qazanılan qələbə onlarda özünəinam yaradıb. Bu amil rəqibin arxayınlaşmasına gətirib çıxara bilər. Digər tərəfdən rəqibin sıx qrafiklə oyun keçirməsi millimizə fiziki baxımdan üstünlük verə bilər. Bir şərtlə ki, bizim oyunçular bundan maksimum istifadə etsinlər.
-Belçika yığmasının gənclərdən qurulması bizə rahat oynamaq imkanı verəcəkmi?
-Xeyr. Qarşımızda Belçika milli komandasıdır. Onlar həmişə Avropanın ən yaxşı komandaları arasında yer alıb. Belçika millisində kimin oynayıb oynamaması önəmli deyil. Onların hazırda zədəli olan əsas heyət futbolçularını əvəz edəcək oyunçuları da çox yaxşı təsir bağışlayır.
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi
"Mançester Siti" yarımfinalda
PSJ Qitələrarası Kuboku qazandı
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?