"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer sonuncu turunda "Araz-Naxçıvan"la oyundan (2:2) sonra mətbuat konfransı keçirib.
- Futbolçularımı təbrik edirəm. Bir neçə həftə öncə çempionluğu təmin etməyimizə baxmayaraq, kuboku bu gün əldə edəcəklər. Hamı bu anı səbirsizliklə gözləyir. Elə futbolçular var ki, ilk dəfədir çempion olur. Oyun sakit keçdi. Hər iki komandanın oyunçuları centilmencəsinə oynadılar. Bu, mənim üçün xoş oldu. Elmar Baxşıyevə uğurlar arzulayıram.
- Bir həftə sonra kubokun finalı var. Bu oyun haqda fikirləriniz necədir?
- Bəlkə futbolçular daha çox istirahət etmək istəyərdi. Amma onların hər biri peşəkardır. Titulların sayını çoxaltmaq istəyirlər. Hər il bu şans ələ düşmür. Bizi yaxşı mövsüm keçirən komandaya qarşı oyun gözləyir. İnanıram ki, hamı üçün maraqlı oyun olacaq. İkinci dəfədir "Zirə" ilə oynayırıq. Hər iki komandanın oyunçularına uğurlar arzulayıram.
- Əvvəlki çempionluqlarla bunun arasında hansı fərqlər var?
- Həm mövsümdə bizim üçün üç turnir var. Premyer Liqa, kubok və avrokuboklar. Hər üçünü düşündüyümüz qədər qoruya bildiksə, bizim üçün avantajdır. Bəlkə də əvvəlki çempionluqları daha aqressiv qeyd etmişik. İndiki çempionluq daha sakitdir. Hər bir halda mövsümün əvvəlində qarşımıza qoyulan məqsədlərdən biri çempion olmaqdır. Ona görə də digər çempionluqlarla bunun fərqi yoxdur. Çempionluğun sayını nə qədər çoxaltsaq, bizim karyeramızda bir iz olur. Çempion adı həmişə dəyərlidir.
- Növbəti mövsüm üçün Azərbaycan futbolu və klublarına nə arzulayırsınız?
-Bol-bol uğurlar, sağlam rəqabət arzulayıram.
- Lunyovun menecerinin açıqlamaları ilə bağlı hüquqi addım atmağı düşünürsünüz?
- Qətiyyən yox. Bizim üçün narahat olacaq nüans yoxdur. İşimiz, nəticələrimiz göz qabağındadır. Hansısa fikirlərə görə klubun imicini aşağı salmağa ehtiyac yoxdur. İnsan addım atanda öz xalqını düşünür. Biz işimizi görürük. Bizə qarşı o qədər təxribatlar olub. Belə şeylərə vaxt ayırmağa bizim zamanımız yoxdur (sportal.az).
Danimarka ilə Sloveniyanın heç-heçəsi - Video
"Çətin, amma layiqli qələbə idi" - Ronald Kuman
Niderlandın əzmkar qələbəsi - Video
Polşalılar təslim olmaq istəmir
Azərbaycanın daha bir idmançısı Paris-2024-ə vəsiqə qazandı
Polşa - Niderland matçının ən yaxşısı
"Sabah"ın yay hazırlıq planı açıqlandı
Hamburqda ara qarışdı - Avro-2024-də insident
Millinin iki qrup üzrə təlim-məşq toplanışı olacaq
Tuncay Şanlı Coşqun Diniyevin baş məşqçisi oldu
Avro-2024-ün sabahkı oyunlarının hakimləri
"Şamaxı"dan növbəti transfer
"Milan"da qalır
İngiltərə Avro-2024-ün qalibi olarsa...
"Mançester Yunayted" onları satmayacaq
"Bavariya"da yeni müqavilə
Spaletti rekord qırdı
Keyn: "Bavariya"ya keçməklə daha çox hörmət qazanmışam"
Ronaldinyodan Braziliya millisinə sərt sözlər
"İnter Mayami" 9 nəfərlə qalib gəldi
Spaletti: "Bu oyun bizi yaxşı yerlərə aparmalıdır"
Xovatiya millisinin baş məşqçisi 0:3-dən danışdı