"Qarabağ", "Kəpəz" və "Araz-Naxçıvan" cərimələndi

"Qarabağ", "Kəpəz" və "Araz-Naxçıvan" cərimələndi
XƏBƏR 24 May 2024 / 13:12 1558
-  A +

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

QOL.az xəbər verir ki, iclasda Msli Premyer Liqasının 35-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:

“Kəpəz” – “Zirə” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən hakimlərin və rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Gəncə təmsilçisi 1000 manat cərimə edilib.

“Qarabağ” – “Turan Tovuz” oyunundan sonra akkreditasiyası olmayan şəxslər “Zona 1”ə daxil olduğuna görə Ağdam klubu 500 manat cərimə edilib.

“Qəbələ” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan”ın 5 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimələnib.


Son xəbərlər
16.06.24  14:40

"Milan"da qalır

16.06.24  12:40

Spaletti rekord qırdı