Bu gün Brüssel şəhərində Azərbaycan milli komandasının futbolçularının mətbuat konfransı keçirilib. Qol.Az-ın məlumatına görə, tədbirdə iştirak edən millimizin kapitanı Rəşad Sadıqov sabahkı oyun haqda ilk öncə bunları deyib:
"Türkiyə yığmasını məğlub etdikdən sonra komandamıza inam var. Səbirsizliklə Belçika ilə oyunu gözləyirik. Səfərdə fərqli yığma görəcəksiniz. Türkiyəni udmuşuq, artıq səfərdə uğur qazanmaq vaxtıdır. Ən azı 1 xal qazanmalıyıq. Bizim üçün artıq oyun deyil, nəticə vacibdir".
- Belçika ilə oyunda komandanın qarşısındakı əsas məqsəd nədən ibarətdir?
- İlk növbədə məğlub olmamağa çalışacağıq. Əgər qələbə qazana bilasək, bu bizim üçün əla olar. Qrupdakı vəziyyəti siz də görürsünüz. Burada qazandığımız xal, yaxud xallar bizi tam başqa yerlərə gətirəcək. Çünki sonrakı 4 oyunumuzu evdə keçirəcəyik.
- Rəqibin heyətində yetərincə təhlükəli futbolçular var. Onların qarşısını almaqda çətinlik çəkməyəcəksiniz?
- Təbii ki, oyuna hazırlaşarkən rəqibi təhlil edib, onun güclü vəzəif cəhətlərinə, aparıcı futbolçularına daha çox diqqət yetirirsən. Biz də rəqibə uyğun hazırlıq keçmişik. Bilirik ki, onlar Avstriyaya səfərdə qalib gəliblər. Rəqibin aparıcı futbolçularının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik. Biz belçikalılarla 2-3 il əvvəl görüşmüşük. Belçika yığması texniki-taktiki cəhətdən həmişə güclü olub. Ancaq bu il onlardan fərqli, heyətində sürətli futbolçuları daha çoxdur. İndi özlərinə daha inamlıdırlar, legionerləri də çoxdur. Avropa çempionatının final mərhələsinə qatılmaq istəyirlər.
Bundan əvvəl səfərdə Rusiyaya qalib gəlmişdilər. Belçika millisi artıq özünü isbatlamış komandadır. Türkiyə ilə səfər oyununda demək olar heç nədən məğlub oldular. Həmin oyun da heç-heçəlik idi. Biz də gözümüzdə özümüzü onlardan zəif görmək istəmirik. Düzdür, aydın məsələdir ki, bəzi cəhətdən bizdən güclü olacaqlar. Ancaq futbol komanda oyunudur. Biz də komanda şəklində onlardan daha güclü olmaq istəyirik.
- Azərbaycan yığması Türkiyəni məğlub etdi. Sizcə, bunu Belçikada bacara biləcəkmi?
- Bunu etmək heç də asan deyil. Son oyunlar da göstərdi ki, Belçika yığması yaxşı formadadır və özlərinə inam var. Aparıcı futbolçuları Avropanın yaxşı klublarında çıxış edirlər. Bizim komandanın isə əsas gücü futbolçuların birliyidir. Məhz bunun sayəsində Belçikadan sərfəli nəticə ilə ayrılmaq istəyirik. Bizi 1 xal da qane edir. İstənilən hesablı məğlubiyyət isə bizim üçün uğursuzluq olacaq. Sadəcə, Belçikadan xalla qayıtmaq uğurlu nəticə olacaq.
- Yığmamızın son yoldaşlıq görüşlərində daha çox müdafiəyə meylli oyun nümayiş etdirir. Lakin qələbə qazanmaq üçün qol vurmaq lazımdır ki, bunun üçün meydanda yaradıcı futbolçular çox olmalıdır. Belə heyət nəticə qazanmaq üçün çətinlik yaratmır?
-Düzünü desək, biz hələ o səviyyədə deyilik. Bu səbəbdən də biz oyunumuzu rəqibə görə oyun qururuq. Oyuna konkret son tapşırıqlar, heyətdə hansı ampluadan neçə futbolçu yer alacağı sabah məlum olacaq. Ancaq elə fikirləşmirəm ki, sabah tam müdafiəyə meylli heyət olacaq.
Komandamıza qələbə qazanmaq üçün əsas nə lazımdı?
- Hər bir futbolçu meydanda var gücü ilə çıxış etməlidir. Biz rəqibə boş zonalar verməməliyik. Əgər Türkiyə ilə oyundakı kimi oynasaq, onda hər şey yaxşı olacaq. Mən buna inanıram.
-Bir kapitan kimi futbolçularla ayrılıqda söhbətlər aparırsızmı?
- Təkcə mən yox, digər təcrübəli futbolçular da söhbətlər aparırlar. Aramızda belə söhbətlər çox olur. Görürəm ki, uşaqlar çox sakit görünürlər və sabahkı oyuna tam hazırdılar. Biz öz gücümüzə inansaq, hər şey yaxşı olar. Türkiyə ilə oyunda biz qələbə qazanacağımıza inanırdıq və buna nail olduq. Belçikada da yaxşı oyun sərgiləmək istəyrik.
-Onda belə çıxır ki, sabah komandamız müdafiədən oynamayacaq?
-Təbii ki, bu oyuna müəyyən taktika ilə çıxacağıq. Lakin düşünmürəm ki, səfərdə açıq futbol oynayaq. Çünk biz hələ o səviyyədə deyilik.
- Belçika ilə oyunda da ənənəvi künc zərbəsindən istifadə edəcəksiniz?
- Belçika ilə oyunda da həmin künc zərbəsindən yararlanmağımız heç də pis olmazdı. Lakin artıq bütün Avropa bizim taktikanı yaxşı öyrənib. Ona görə də, bunu etməyimiz inandırıcı görünmür.
- Baş məşqçi Berti Foqts son 3 ildə milli komandada hansı dəyişikliklər edə bilib?
-Heyətimiz demək olar ki tamamilə dəyişib. Millimiz daha çox gənclərdən qurulub. Oyun üslubumuz da dəyişiklik hiss olunur. İndi daha çox atletik futbol üstünlük veririk. Baş məşqçi Berti Foqts psixoloji planda tam Avropa futbolunu oynamağı bizdən tələb edir, bunu bizə yeridir. Biz də başa düşürük ki, baş məşqçimiz Avropa çempionudur. Onu eşidib, dinləyib, öyrətdiklərini mənimsəməyə çalışırıq.
"Liverpul"la razılaşdı
Alonso seçim arasında qaldı
Millimizin Çexiya ilə oyununun yeri və vaxtı bilindi
"İmişli" braziliyalı oyunçunu transfer etdi - Rəsmi
PSV Çempionşipdən onu transfer etdi
Hakimi 15 ilədək həbs oluna bilər
"Neftçi"nin Kipr klubu ilə oyununda 4 qol
"Biz "Real"dan daha çox gücləndik"
"Aris"lə oyunda xarakter göstərdik" - Patrik Andrade
AFFA-da bu vəzifənin icrası ona tapşırıldı
"Bavariya"nın qapıçısının 6 yaşlı oğlu dünyasını dəyişdi
Qavi: "Ter Ştegen "Barselona"nın əfsanəsidir"
Əliyar Ağayev Avropa Liqası matçına təyinat aldı
"Şkendiya" azərbaycanlı azarkeşlərə nə qədər yer ayırıb?
QOL.az sizə daha əlçatan oldu!
"Qarabağ" ÇL-də "pley-off"a yüksəlsə - Potensial rəqiblər...
"Çelsi" futbolçusunu icarəyə verdi
Şkrinyar birdəfəlik "Fənərbaxça"da - Rəsmi
Azərbaycanlı hakimə UEFA-dan daha bir təyinat
Klublarımızın Konfrans Liqasındakı oyunlarının vaxtı bilindi
"Sabah"ın "Levski" ilə oyunlarının hakimləri açıqlandı
"Kəpəz"də daha bir ayrılıq
Orxan Əliyev Qırğızıstanda növbəti qolunu vurdu
PFL-dən Premyer Liqa ilə bağlı qərar
"Turan Tovuz" Albaniya və Mərakeş klubları ilə qarşılaşacaq
“Araz Naxçıvan”ın heyrətamiz incəlikləri…
"Klub adına yaxşı bir tarix yazdıq" - Bəxtiyar Həsənalızadə
Zamiq oynadı, komandası mərhələ adladı
Elnur Məmmədli AFFA-dan getdi