Belçika yığmasında hücumçular sıradan çıxır

Belçika yığmasında hücumçular sıradan çıxır
ÖLKƏ FUTBOLU 28 Mart 2011 / 00:35 2805
-  A +

Martın 29-da Azərbaycan yığması ilə Avro-2012-nin seçmə matçında üz-üzə gələcək Belçika yığması hücum xəttində ciddi problemlə üzləşib. Qol.Az-ın məlumatına görə, Byorn Vleminksin ardından Marvin Oqunjimi və Romelu Lukaku da zədələnib.

Qasıq nahiyəsində ağrılar hiss edən Lukaku Avstriya ilə martın 25-də keçirilmiş görüşdə iştirak etməyib. 18 yaşlı vundekind son məşqlərdə komanda ilə birgə çalışıb. Baş məşqçi Jorj Leekens "Anderlext"li forvardın zədəsinin ciddi olmadığını deyib: "Biz oyunadək gözləyəcəyik. Məncə, ciddi zədə deyil. Romelunun özü oynamağı çox istəyir". 

Oqunjiminin yığmamızla matçı buraxacağı isə dəqiqdir. "Genk"də çıxış edən hücumçu Avstriya ilə görüşün 80-ci dəqiqəsində yerini Kevin Miralyasa verib. Leekens onun zədəsinin ciddi olmadığını desə də, millimizə qarşı çıxış etməyəcəyini və klubuna göndəriləcəyini bildirib.

Hücumçu qıtlığını aradan qaldırmaq üçün baş məşqçi "Anderlext"in digər hücumçusu Tom de Satteri milliyə çağırıb. De Satter sonuncu dəfə yığmada 17 noyabr 2009-cu ildə Qətərə qarşı forma geyib.  

Qeyd edək ki, Brüsseldəki "Rua Boduen" stadionunda keçiriləcək Belçika - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.  

Daha çox


Son xəbərlər