"Azərbaycan yığması təhlükəli rəqibdir"

"Azərbaycan yığması təhlükəli rəqibdir"
ÖLKƏ FUTBOLU 28 Mart 2011 / 00:01 2728
-  A +

"Azərbaycan yığması təhlükəli rəqibdir. Bu komanda ilə oyun müəyyən dərəcədə risklidir". Qol.Az-ın məlumatına görə, bunu Belçika milli komandasının sabiq futbolçusu Pol van Himst yerli mətbuata açıqlamasında deyib. 

Vaxtilə "qırmızı şeytanlar"ın hücumçusu olmuş van Himst bildirib ki, Belçika martın 25-də Avstriya ilə görüşdə 2:0 hesablı qələbə qazanmaq üçün böyük qüvvə sərf edib. Azərbaycan millisi isə oynamayıb. Sabiq futbolçunun fikrincə, bu amil həmvətənlərinin əleyhinə işləyə bilər.
 
Yığmamızın baş məşqçisi Berti Foqtsu yaxşı tanıdığını deyən veteran futbolçu onun məşq tərzinə bələd olduğunu vurğulayıb: "Jorj Leekens mənə deyib ki, onlar fiziki cəhətdən çox güclüdürlər. Azərbaycan millisi müdafiədə etibarlı çıxış etsə, hücumları təhlükəli ola bilər. Lakin cümə günü Avstriya üzərindəki qələbədən sonra biz qalib gəlməliyik". 

Qeyd edək ki, Belçika və Azərbaycan yığmaları arasında keçiriləcək Avro-2012-nin seçmə matçı martın 29-da Brüsseldəki "Rua Boduen" stadionunda baş tutacaq.     

Daha çox


Son xəbərlər