"Bakı" Superliqa klubunu darmadağın etdi

ÖLKƏ FUTBOLU 27 Mart 2011 / 22:35 2878
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısında olan "Bakı" klubu növbəti yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Qol.Az-ın məlumatına görə, paytaxt komandası Superliqada mübarizə aparan "Bucaspor"la qarşılaşıb.

Matça fəal başlayan "Bakı" 8-ci dəqiqədə hesabı açıb. Adnan Bərəkət fərqlənib. 20-ci dəqiqədə Abdulkadir bərabəlik qolunu vurub. İlk yarı 1:1 hesabı ilə başa çatıb. Komandamız bir daha ikinci hissənin sonlarında qollarını sıralamağa başlayıb. 72-ci dəqiqədə Saşa Kaykut, 5 dəqiqə sonra Ruslan Leviqa, sonuncu dəqiqədə isə Leonardo Roşa "Bucaspor"u məyus edib. 

Bu, "Bakı"nın Antalya toplanışı çərçivəsində son yoxlama matçı olub. Daha öncə komandamız daha bir Superliqa təmsilçisi "İstanbul BB" ilə heç-heçə edib. Təlim-məşq toplantısı martın 29-da yekunlaşacaq.   

Daha çox


Son xəbərlər