Belçikadakı azərbaycanlılardan yığmamıza dəstək

Belçikadakı azərbaycanlılardan yığmamıza dəstək
ÖLKƏ FUTBOLU 27 Mart 2011 / 22:24 2657
-  A +

Avro-2012-nin seçmə mərhələsi çərçivəsində martın 29-da Belçika yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası Brüssel şəhərindədir. Qol.Az-ın məlumatına görə, bu gün səhər məşqindən sonra Azərbaycan - Belçika Dostluq Cəmiyyətinin nümayəndələri və yeniyetmə futbolçuları millimizin üzvləri ilə görüşüblər.

Cəmiyyətin sədri Ayhan Dəmirçi komandamıza qarşıdakı oyunda dəstək olmaq üçün stadiona gələcəklərini deyərək, millimizə uğurlar arzulayıb. Cəmiyyət adından AFFA-nın baş katibi Elxan Məmmədova və millimizin kapitanı Rəşad Sadıqova xatirə hədiyyəsi təqdim olunub. Öz növbəsində yığmamızın futbolçuları AFFA-nın hədiyyələrini cəmiyyətin nümayəndələrinə və yeniyetmə futbolçularına təqdim ediblər. Onlar dəstəyə görə soydaşlarımıza dərin minnətdarlıqlarını bildiriblər. Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Daha çox


Son xəbərlər