"Qarabağ"dan daha bir qələbə (YENİLƏNİB)

"Qarabağ"dan daha bir qələbə (YENİLƏNİB)
ÖLKƏ FUTBOLU 27 Mart 2011 / 16:55 3320
-  A +

Premyer Liqada yaranan fasilədən yararlanan "Qarabağ" klubu bu gün yoxlama matçı keçirib. Qol.Az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda Ağdam komandası "Simurq"la qarşılaşıb. 

"Qarabağ" bu oyuna Azərbaycan, Latviya və Albaniya yığmalarına çağırılan 8 futbolçusuz çıxıb. Komandanın start heyətində Boyan Pavloviç, Emin İmaməliyev, Zaur Həşimov, Devran Ayhan, Maksim Medvedev, Rəşad Sadiqov, Namiq Yusifov, Rəşad Kərimov, Nderim Nedzipi, Əfran İsmayılov, Georgi Adamiya yer alıb. 50-cidəqiqədə Rəşad Kərimovu İlqar Qurbanov əvəzləyib. 65-ci dəqiqədə isə oyuna Sahil Kərimov, Ayxan Abbas və əvəzedici heyətdən Kamil Hüseyinov daxil olub.

Oyun "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə nəticələnib. 16-cı dəqiqədə Əfran İsmayılov 30 metrlik məsafədən fantastik cərimə zərbəsi ilə topu "9-luğ"a göndərib. Bundan 5 dəqiqə sonra Rəşad Sadiqov "Simurq"u ikinci dəfə məyus edib.  

"Qarabağ" - "Simurq" - 2:0
Qollar:
Əfran İsmayılov, 16 (1:0), Rəşad Sadiqov, 21 (2:0)  

Daha çox


Son xəbərlər