"İnter" Sxadadze ilə müqaviləni uzatdı

"İnter" Sxadadze ilə müqaviləni uzatdı
ÖLKƏ FUTBOLU 27 Mart 2011 / 15:10 2065
-  A +

Bakının "İnter" klubu baş məşqçi Kaxaber Sxadadze ilə müqavilə müddətini uzadıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, gürcüstanlı mütəxəssis daha bir il "İnter"ə rəhbərlik edəcək.

Sxadadze bu vəzifəyə 2009-cu ilin yayında təyin olunub. Onun rəhbərliyi altında "İnter" ötən mövsüm çempion olub və yanvarda "Birlik Kuboku"nu qazanıb. Bu mövsüm isə paytaxt klubu Premyer Liqada 24 turdan sonra 41 xalla 4-cü pillədə gedir.

Daha çox


Son xəbərlər